Bakıda yeni marşrut xətti müəyyənləşib

Bakıda N.Nərimanov - Ağ şəhər yaşayış sahəsi üzrə yeni marşrut xətti müəyyənləşib.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən APA-ya verilən məlumata görə, artıq bu gündən 4 nömrəli müntəzəm marşrut xətti üzrə müasir və komforlu avtobuslar sərnişinlərin xidmətindədir.