Rəşad Məcid AYB üzvlərinə ev verilməsi zamanı yaranan narazılığa münasibət bildirib

“Azərbaycan Yazıçılar Birliyinin (AYB) aparat işçiləri üçün nəzərdə tutulan ev növbəsi mövcuddur. Evlər bölünərkən bu, nəzərə alınıb və birliyin növbədə olan əməkdaşlarının da hüquqları – uzun illər növbədə olmaları nəzərə alınıb”.
Bunu APA-ya açıqlamasında AYB sədrinin müavini Rəşad Məcid Yazıçılar Birliyinin üzvlərinə və aparat işçilərinə ev verilməsi ilə bağlı yaranan narazılığa münasibət bildirərkən deyib.

“Düzdür, mən də arzu edərdim ki, bütün ehtiyacı olanlar mənzillə təmin olunsun. Amma, təəssüf ki, bu, mümkün deyil. Ev arzulayanların sayı mövcud evlərdən qat-qat çoxdur”, - sədr müavini əlavə edib.