AZAL-dan Təl-Əvivə uçuşlarla bağlı açıqlama

Oktyabrın əvvəlindən Azərbaycan Hava Yolları (AZAL) Yaxın Şərqdə baş verən hadisələrlə əlaqədar Bakı-Təl-Əviv-Bakı marşrutu üzrə uçuşları müvəqqəti dayandırıb.
Bu barədə Axar.az-ın sorğusuna cavab olaraq “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən bildirilib.
“Bu qərar sərnişinlərin və uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə qəbul edilib. Təl-Əvivə bileti olan müştərilər ödənişi tam geri qaytara və ya bileti pulsuz dəyişdirə bilərlər”, - məlumatda qeyd olunub.
Qurumdan bildirilib ki, AZAL vəziyyəti diqqətlə izləyir və bu marşrut üzrə uçuşlar bərpa edildikdə, aviaşirkət sərnişinləri vaxtında xəbərdar edəcək.