Həmid Herisçi nikbinləsib: İntensiv terapiya öz nəticəsini verir

"Dəyərli dostlar, həmkarlar, hamıya bir bir cavab verə bilmirəm, üzrlü sayın. Həmidlə danışdım,səsi zəif gəlsə də hiss etdim ki, nikbinləsib". 

Sherg.az xəbər verir ki, bu sözləri Həmid Herisçinin həyat yoldaşı İlhamiyyə Rza deyib.  İlhamiyyə Rza bildirib ki, intensiv terapiya öz nəticəsini verir:
"Qızdirması bu gün yoxdur. Palatada təkdir. Ozü ilə Heydər Camalın kitabını götürub. Onu xəbər alanlara salam söylədi".

Qeyd edək ki, 1960-cı il təvəllüdlü Həmid Herisçi yanvarın 26-da saat 18:15 radələrində qızılca diaqnozu ilə Sabunçu Tibb Mərkəzinin nəzdində olan Məhəmmədidəki modul tipli xəstəxanaya yerləşdirilib.