Mikroavtobusda doğuş:"Bir körpə ilə mindik, iki körpə ilə düşdük”

İstanbulun Bahçelievlerdə 32 həftəlik hamilə olan Mizgin Güçlü müayinə üçün xəstəxanaya gedərkən sərnişin mikroavtobusunda uşaq dünyaya gətirib. Qadın və körpəsi mikroavtobusla xəstəxanaya aparılıb və onlara tibbi yardım göstərilib. Körpəyə Asmin adı verilib. 
Sherg.az türk mediasına istinadən xəbər verir ki, İstanbulun Bahçelievler qəsəbəsində 32 həftəlik hamilə olan Mizgin Güçlü (23) əri Murat Güçlü (31) ilə birlikdə müayinə üçün xəstəxanaya getmək üçün evdən çıxıb. Yanlarında 1,5 yaşlı uşağı olan cütlük Bahçelievler Dövlət Xəstəxanasına getmək üçün Yayla-Topkapı xəttində işləyən Hakan Yücelin idarə etdiyi sərnişin mikroavtobusuna minib.

Mizgin Güçlünün ağrıları Yayla İşıqları Durağı yerində başlayıb. Murat Güçlü və sərnişinlərin xəbərdarlığı üzərinə sürücü Yücel Bahçelievler xəstəxanasına doğru yola düşüb. Mikroavtobus qısa müddətdə xəstəxanaya gəlib. Həyat yoldaşı səhiyyə işçilərindən xərəyə istəyərək Mizgin Güçlü mikroavtobusdan endirməyə çalışıb.

Ağrıları getdikcə artan Mizgin Güçlü doğuşun başladığını və mikroavtobusdan düşə bilməyəcəyini  bildirib. Səhiyyə işçilərinin köməkliyi ilə 32 həftəlik hamilə olan Mizgin Güçlü mikroavtobusda uşaq dünyaya gətirib. Doğuşdan sonra tibb işçisinin qucağında xəstəxanaya aparılan vaxtından əvvəl doğulan körpənin vəziyyətinin yaxşı olduğu öyrənilib.

Güçlü ailəsi ikinci övladlarlarına Asmin adını verib.

 Mizgin Güçlü, "Xəstə idim, yoldaşım da məni müayinəyə aparırdı. Sonra birdən sancılar oldu. Uşağım 7 aylıq, vaxtından əvvəl doğuldu. Birdən mikroavtobusda sancılar başlayanda "Özümü yerə atdım. Mikroavtobusda çoxlu kişilər var idi, onlardan qorxduğum üçün qışqıra bilmədim. Mikroavtobusun dəmirlərindən yapışıb səssizcə özümü sıxdım.Sıxanda uşaq gəldi. Bir körpə ilə mindim mikroavtobusa amma, iki körpə ilə düşdük”. deyə bildirib.

Həyat yoldaşının mikroavtobusda uşaq dünyaya gətirməsindən sonra yaşadıqları şoku dilə gətirən ata Murat Güçlü isə bunları deyib: "Xoşbəxtlikdən mikroavtobusda bir tibb bacısı da var idi. Mənə "arvadın doğumu başladı" dedi. Həyat yoldaşıma kömək etməyə başladı. Hamı mikroavtobus sürücüsünə səslənərək sürəti artır dedilər. O, təcili yardım sürücüsü kimi sürməyə başladı. Xəstəxananın qarşısına gələndə həyat yoldaşım mikroavtobusda uşaq dünyaya gətirdi”. 

Sürücü Hakan Yücel isə, "Mikroavtobusda doğum gözləmədiyim bir hadisə oldu. Təyyarədə, taksidə gördük, ancaq mikroavtobusda ilk dəfə idi ki, belə bir şeyin şahidi olurduq" deyə bildirib.