XATİRƏSİ KÖNÜLLƏRDƏ YAŞAYIR

Qənirə Xanım Paşayevanın Haqqın Rəhmətinə qovuşmasından 4 ay keçir

Hər dəfə istəmişəm nurlu xatirəsi ilə bağlıxəyalımda yaşatdığım anılarımı xalqıma çatdıram. Fəqət mənəvi gücümün yetərsiz ola biləcəyini hiss edib fikrimdən müvəqqəti vaz keçmək məcburiyyətində qaldım. Neçə dəfə cəhd etsəm də cəhdimin uğurlu ola bilməyəcəyimdən dolayı hissilərimi, düşüncələrimi bir müddət dayandırmalı oldum. Bu gün, yəni 24 yanvar 2024-cü ildə 18:45-də TRT müzik proqramını seyr edərkən, mübarək ismi Qənirə xanım olmuş,xalqımızın qeyrət timsallı qızımız, millət vəkilimiz Paşayevanın adı zikr edildi. Oxuyan sənətcinin kövrək sözləri bir anlıq məni də duyğulandırdı.Demək Anadoluda xatirəsi hələ yad olunmaqda, onu yaxından tanıyanların hissas qəlbində, könül dünyasında məskən salıb mənəvi ömrünü yaşamaqda davam etməkdədir. Qələmi alıb tələsik vaxtını saniyəsini müzik proqramının və səs sənətcisinin adını bir vərəqə qeyd etdim ki, məni təsirləndirən bu anı unutmayım. Və bu hissələrimin təlatümlü qarışıq fikir-həyəcanlarımın tüğyanında özümdə güc tapıb nəhayət qərara gəldimki daha xatirələrimi yaza bilərəm. Səs sənətcisinin  ismi Züleyxa Ortaq olduğunu qızım Firuzədən dəqiq öyrəndim. 

 
Səs sənətcisi Zülüyxa Ortak

Çünki “Sınırsız Ezgiler” isimli proqram hələ davam edirdi. Və  televiziyanın sağ küncündə titrdə yazılmışdı. Züleyxa xanımın Qənirə Paşayeva ilə yaxından tanışlığını etiraf etməsilə kövrək duyğulu anlar yaşadığını ekrandan seyr edib anidən bu əhvalat haqdaböyük əmisi, nəhəngalimimizAzərbaycan Respublikasının Əməkdar Elm Xadimi, ədəbiyyatşünas, folklorşünas, publisist, dilci, yazıcı və tərcüməçi, Filologiya elmləri doktoru, professorQəzənfər Paşayevə xəbər vermək istədim. 

 

Millət Vəkili Qənirə Paşayeva və əmisi professor Qəzənfər Paşayev


Fəqət 86 yaşında, başı qarlı dağ misallıQəzənfər müəllimin nisgilli könül dünyasına keçən ilin sentyabrın 28-dəqaraxəbər adlı qar ələnmiş incə qəlbini həyəcanlandırmamaq üçün, bir daha o qara günləri yadına salıb kövrəltməmək məramı ilə fikrimdən daşındım. Çünki Azərbaycan əhəmiyyətli alimimiz sarsıya bilərdi bir daha. “Qorumaq lazımdırustadımı” deyə duruxub məramımın üzərindən anidən xətt çəkdim. Ən yaxşısı budur ki, anım məqaləsi ilə Qənirə xanımlı xatirəmi “Şərq qəzeti”nin oxucuları ilə bölüşüm, Qəzənfər müəllim də tanış olsun. Mən də nararahatçılıq hissilərimdən mənən qurtulum. Çünki itgisi nəinki əzizlərini, yaxın qohum-əqrəbalarını, yenicə qələbə çalmış xalqımızın sevincinə sis duman bələnmiş qəm ab-havası müşayiətində heyif ki, kölgə də düşürdü. Bəd xəbərin sədasını TRT-nin “Haber Qlobal” kanalından duyurulanda minlərlə Anadolu insanı da həmin an qəm aurasına qərq oldu. Televiziyanın bütün proqramlarından bu acı xəbər tez bir zamanda Türkiyəmizi “əsir-yesir” etdi. Həm reportajlar şəklində, həm təcili xəbər kimi, həm də televizorun titrində ağ hərflərlə yazılmış şəkildə hər bir evə,hər bir ailəyə, təcili çatdırıldı. Hər kəs türk təbiri ilə “şok” oldu bu gözlənilməz zəqqum xəbərdən. SNN kanalının özəl xəbər şefi Fulya Öztürkün əlində mikrofon canlı proqramda necə kövrəldiyini seyr edərkən daxili dünyam sanki zəlzələyə məruz qaldı. Türkiyə Cumhuriyyətinin Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğanla Azərbaycan prezidenti cənab İlham Əliyevin Naxçıvanda görüşü ərəfəsindəapardığı müsahibə zamanı Qənirə xanımın xəstəxanada səhətinin kritik, vəziyyətinin çox ağır olduğunu bildiribdua etməsini meşahidə etdidm. Haqq dünyasına qovuşduqda isə həyəcanla söylədiyi kövrək sözlər Qənirə xanım adlı məsləkdaşına olan sonsuz heyranlığının, fikirlərindəki səmimi etiraflarının ekstaz məqamından yana-yana, yanğı dolu səsindəki titrəyişlərdən hiss olunmasının təcəssümü idi.
 

Türk jurnalist Fulya Öztürk
44 günlük Qarabağ savaşında da canlı proqramla Azərbaycan həqiqətlərini bütün dünyaya cəbhə bölgəsindən çatdıran Fülya Xanım başının üzərindən səkən gavur güllələrinin fərqinə varmadan canlı olaraq çəkilişlərini gerçəkləşdirib, qəhrəman əsgərlərimiznin qələbəsindən sonra Azərbaycanın mərd cəsur övladı kimi hərbir Azərbaycanlı ailənin sevilən, doğma, əzizövladımızın rəmzinə çevrildi, fədakar işi müqəddəs fəaliyyəti ilə.
Qara xəbəri televiziyadan eşidən Qaziantep “Türk Elm və Ədəbiyyat Yazarları  Məslək Birliyi” (İLESAM) başkanı Muhittin Arar (1990-1993-cü illər ərzində professor Əli Qafqasyalı ilə birlikdə Türk dövlətinin dəstəyi ilə Fransada təhsil-tədris mübadiləsində olmuşdur.)mənə zəng edərək baş sağlığıverdi. Və Azərbaycana zəng etmək məramını bildirdi. Həyəcanlandığım üçün fkir-xəyal içərisində Qənirə Xanımın telefon nömrəsini verdim ki, bəlkə kimsə cavab versə başsağlığını çatdıra bilsin.Hətta Qaziantep konservatoriyasında birgə çalışdığım,Bakı Musiqi Akademiyasında elmi işini tamamlamış, Sənətşünüslıq elmləri namizədi Savaş Ekici də bu qara xəbəri eşidib qəmli-kədərli halı ilə mənə baş sağlığı vermiş oldu. 
  

   Muhittin Arar                                                   Savaş Ekici
Bu düşüncələrimin müşayiətində xəyallarım qeyri ixtiyari 1985, 1986, 1987-ci illərə döndü. Hörmətli alimimiz Professor Qəzənfər Paşayevin bağ evində Qənirə xanımın atası və ortancıl əmisi ilə də görüşdüyüm günlər, saz çalıb kiçik tərkibdəki xudmani məclisi şənləndirdiyim səhnə heç gözlərimin önündən getmir. Sanki dünən imiş. O məclislərin birində şair alimimiz Professor Mustafa İsgəndərzadə ailəsi ilə(Qazax elindən olan Mənzərə xanım övladı Çinar) birlikdə Qəzənfər bəyin və Arəstə Xanımın göz nuru Muradın bir yaşının tamamında saz hədiyyə etməsi, Kəlbəcərdən təşrif buyurmuş,ustadımız Aşıq Ədalətin oxuduğu şeirlərlə xalqımıza tanıdılan, mükəmməl sözləri aləmə car olan ana Vətənimizin şair oğlu Bəhman Vətənoğlu və günlərin birində Tovuz elinin Azaflı kəndindən sazı-sözü və mübarək qədəmləri ilə təşrif gətirib Qəzənfər bəyin halal ocağının bir-pir oğlu Muradın ziyarətinə gələrək, çala bilməsi üçün cürə sazda hədiyyə etməsimənim nəzərimdə Nobel mükafatı dəyərində idi. Ustadımızın poetik misrasında dediyi kəlam yerinə düşür: “Dədə Qorqud yadigarı, ay sədəfli telli sazım”. Aşıq Mikayıl Azaflının iştirakı ilə gerçəkləşən əziz xatirəli günlər, mübarək günlər, heyif ki,gedər gəlməz günlər, əlçatmaz anlar. Nəyazıqki bir daha geri gəlməz. Çünki o məclisimizin seyirçiləri arasında Qəzənfər müəllimin kiçik övladlarının sırasında təxminən 10-12 yaşlarında xanım qızımız, Qənirə adlı bacımız da sazın sehrinə dalmış, sözün hikmətinə heyrət kəsilmişdi. “Heyif, ötən günlər, ötən günlər, bir də gəlməz geri günlər”. Sanki, Mikayıl Azaflı qağamız bütün bu deyilənləri nəzərdə tutub demişkən “Çağlar qoynunda-qoynunda” geridə qaldı.  Səd heyif. “Olan oldu, keçən keçdi”, qəmli keçdi, nisgilli keçdi, kədərli, ələmli getdi. Bizdən ayrılıb əbədi istirahətə doğru gözümüzdən, özümüzdən, sözümüzdən, sazımızdan getdi. İşarədən göz anlayan, incə mətləblərdə tələffüz olunan söz qanan arif adam, müdrik şəxsiyyət, sazın xallarında vurulan incə ilmə xarakterindəki nüansları zərgər dəqiqliyi ilə bilici sərraf idi bacımız, xanım-xatın əfəndi bacımız Qənirə xanım. Əfsus getdi, əbədi getdi, Cəmil Əkbərin təbiri ilə, “bilə-bilə, qana-qana, yana-yana, istəyini dana-dana” getdi, sevənlərini yandırıb-yaxıb getdi, daxili dünyasındakı atəşin Vətən, xalq, millət sevgisinin yanğısı ilə birlikdə mum kimi damla –damla  əriyibbir andaca kül oldu getdi.
Atam Cəmil Əkbərin daha bir bəndi ağlıma gəldi. 
Dünyanın qəribə işdəkləri var, 
Verəndə gözəldir, alanda pisdir. 
Hər gülün-çiçəyin ətirləri var,
Açanda gözəldir, solanda pisdir.

Gül kimi tez açdı,nə tez də soluxub getdi. Ona pərəstiş edənləri də özü ilə birgəmənən soluxdurdu getdi. Heç rəva görərdimi kimsənin ağlamağına, sızldamağına, inildəməsinə, qəmlənməsinə, kədərlənməsinə? Əsla! Bu istəmədikləri, heç kimsəyə rəva bilmədikləri gerçək oldu fəqət. Nə edəsən. Fələyin işindən baş açmaq olmur ki, olmur.Fələyin acı üzü qara olsunmu deyim? Bəlkə bir qədər rahatlayım.
Saza –sözə səcdə etdiyi şair təbiətli Qənirə Xanım hər zaman Türkiyəyə rəsmi tədbirlərə (Xocalı soyqırımı, Qarabağ parkının açılışlı, Bahar şənlikləri, müxtəlif mövzulusimpozium və s.) dəvət alarkən istedadlı vokal-saz ifaçılığını teatr sənəti ilə bir aradaqovuşdurmağı bacarabilən aşığımız, İlham Əsgəroğlunu da özü ilə gətirərdi. Qənirə Xanımın şeirnə bəstələnmş vokal əsəri duyğusal ruhda ecazgarcasına  İlham bəyin oxumasının yanğı dolu sədalarının təfsirindən məmnun qalardı bacımız. (Çünki Aşıq İlhamın SSRİ xalq Artisti, Azərbaycanda vokal sənətinin banisi Bülbül Məmmədovun yeganə tələbəsi olmuş, Azərbaycanın Xalq Artisti Mobil Əhmədovun və SSRİ xalq Artisti Lütfiyar İmanovunvokal sinfindəoxumuş, sonra da Gürcüstanda dünya şöhrətli vokalçı SSRİ Xalq Artisti Nodar Anquladzedən bir neçə il dərs alaraq ustalığını bu sahədə daha da  inkişaf etdirmişdir.) Aşıq-vokalçımız, səs sənətcimizin Azərbaycan klassik və xalq musiqimizin, klassik aşıq havalarımızın, muğamlarımızın, xalq mahnılarımızın, bəstəkarlarımızın vokal əsərlərini də repertuarına daxil etməklə yanaşı həm dəTürk xalqlarının (Türkiyə, Özbəkistan, Qazaxıstan, Türkmənistan, Qırğızıstan, Tacikistan, hətta Rus)mahnılarını mükəmməl çalıb oxuya bilməsi Qənirə xanımı hər zaman qürurlandırmışdır. Xatırlayıram ki, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü olan Qənirə xanımla birlikdə Aşıq İlhamın sədası gah Giresun Universitetindən, gah Antalya Universitetindən, gah Şanlıurfadan, Bayburtdan, Xataydan, Karabükdən, Anadolunun bir çox fərqli şəhərlərdən hətta Orta Asiya xalqlarından da xoş sədaları gəlirdi.
 

Qənirə Paşayeva Aşıq İlham Əsgəroğlunun sənətinə hər zaman dəyər verərdi
23 yanvar 2024 tarixində Aşıq Mikayıl Azaflı sənətinin, yaradıcılığının Türkiyədəki tədqiqatçısı professor Əli Qafqazyalı haqda yazdığım “Yetmişi keçirdin, yüzə nə qaldı” başlıqlı məqaləm “Goyezen.az” portalında yayınlandıqda yubiliyarı təbrik edib, qərara gəldim ki, Qəzənfər müəllimədə xəbər verəm. Çünki hörmətli ağsaqqalımızın, doğruyolgöstərənimizindəmübarək adı var. Bu məramla telefonuma kontr yükləmək üçün “Türksel”ə gəldim. Kontru yüklədib Qəzənfər müəllimin nömrəsini axtardığım anda Qənirə Xanımın telefonunun rəqəmlərini 00994502116385 görüb heyrət içində donub qaldım. Həyatda olmayan ictimai-siyasi xadimimizin, millət vəkilimizin nömrəsi telefonumda hələ “yaşamaqda”, sahibi isə dörd aydır qeybə çəkilmiş. “Bu nə həyatdı, bu nə gərdişdi” deyə düşüncələr aləminədalıb bir anlıq tərəddüd içində xəyalım çaşdı. Çarəsiz qalıb telefonu ehmalca söndürdüm. 
Qənirə xanımla bağlı bir xatirəm də 22 yanvarda baş verdi. Qaziantep Böyükşəhər Bələdiyyə başqan yardımçısı, pediatr, Qaziantep Türk-İslam Təhsil və Mədəniyyəti Həmrəylik Vəqfi Qəyyumlar Şurasının sədriMəhəmməd Bərkin ziyarətinə getmişdim. 
 
Doktor Mehmet Berk

(Türkiyədəki 6 fevral fəlakətli zəlzələdən sonra ilk dəfə idi ki, ziyarətinə getməyi qərarlaşdırmışdım. Haşiyə: Türkiyədəki zəlzələ zamanı Azərbaycan Böyük Elçiliyindən oğlum Əlini, Azərbaycanlı tələbələrin təcili Azərbaycana köçürülməsi üçün müvəqqəti olaraq fövqəladə işlər üzrə səlahiyyətli nümayəndəsi təyin etmişdilər. Bu münasibətlə də Əli Qaziantep Böyükşəhər Bələdiyyə başqan yardımçısı Məhəmməd Bərkdən tövsiyələr alıb Azərbaycan Böyük Elçiliyinin rəsmi nümayəndələri ilə əlaqələrini kordinasiya edərək 35 tələbələrimizin qısa müddətdə sağ salamat ana vətənimizə avtobusla  çatdırılmasında uğurlu xidmətlərini göstərə bildi.)
Qəbuluna düşdüyüm zaman Azərbaycan-Türkiyə mədəni, siyasi-əlaqələr mövzusunda fikirlərini paylaşdıqdan sonra Məmməd bəy nəhayət Qənirə xanım haqda fikirlərini paylaşdı. Və təəssüf hissləri ilə millət vəkilimiz Qənirə xanımla bağlı xatirələrini ən əziz qohumu kimi dərdini, qəmini, mənə izhar etdi.Bu arada öyrəndim ki, 2017- ci ildə Qaziantep şəhərinə təşrif buyurmasında Məmməd Bərkin, Rektorumuz Professor Ali Gürün və Qaziantep Universiteti Xarici Türkləri və Əqrəba İcmaları Araşdırma Mərkəzinin direktoru, dosent Yunus Emre TansuBəyin ortaq işbirliyində 21 dekabr tarixində Gaziantep Universitetinin “Mavera” Kongre və Sənət Mərkəzi”ndə,“Türk Dünyası, Türkiyə-Azərbaycan Əlaqələri və Qarabağ Məsələsi” mövzusundakıkonfrnsındüzənlənməsindəxüsusi xidmət göstərmişdilər.


  Dosent Yunus Emre Tansu, Rektor, prof.dr. Ali Gür və Milli Məclisin deputatı Qənirə Paşayeva


Xəyal durnam bir anlıq o günlərə sarı qanadlandı. 17 dekabr tarixində Universitetin rəhbərliyi tərəfindən bu tədbirin 15 dəqiqəlik musiqi hissəsinin rəhbəri və təşkili üçün xəbəri Konservatoriyamızda çalışan məşhur fortepiano ustadı, professor Əfqan Zəki Salehə vəbu sətirlərin müəllifinin diqqətinə çatdırıldı. Bu münasibətlə də təcili məşqlərə başlayıb ilk musiqi nümunəsinin Osman Sarıvəlli ocağının yadigarı musiqişünas-bəstəkar, filosof alimimiz Babək Qurbanovun Azərbaycan və Türk şəhid qardaşlarımıza ithaf etdiyi “Şəhidlər” adlı əsərinin(Əfqan müəllimin ifasında)səsləndirilməsinə qərar verdik. Daha sonra Yasəmin Zəngin və Öznur Gök adlı tələbələrimin ifasında(musiqisi və sözləri bu sətirlərin müəllifinə aid) “Azərbaycan-Türkiyə” bəstəmin olması uyğun görüldü.
Həm anamsan, həm də Vətən,
Azərbaycan-Türkiyə.
Könlümdə qönçəgül bitən,
Azərbaycan Türkiyə.
Üçüncü musiqi töhfəmiz sözü və musiqisi Bəhram Nəsibova aid olan “Qarabağ” adlı məşhur mahnı aktual olduğu üçün bu proqramda yer aldı. Ən nəhayət son musiqi ilə yekunlaşacaq musiqi parçası isə Türkiyədə çox sevilən “Məmləkətim” adlı əsərin oxunmasını üçün ortaq qərara gəldik.Konfransa hazırlıq prosesində tarix bölümünün dosenti Yunus Emre Tansunun əməyini də qeyd etmək istərdim. Bu xoşməramlı işə görə şad görünürdü. Tədbirin keçiriləcəyinə başlamadan öncə bir  məqamı dəyərləndirib Tansu Bəyin sevincinə sevinc qatmaq məramı ilə dedim ki, “indi Qənirə xanımın əmisi, hörmətli professorumuz Qəzənfər Paşayevə zəng vurub sizi tanış edəcəyəm. İnşallah Qəzənfər müəllim üçün də belə bir konfrans təşkil etsəniz məmnun qalaram. Çünki, Qəzənfər  Pşayevin bir çox mövzulardakı məruzələrinə universitetimizin akademisyenlərinin,tələbə və müəllim heyyətinin yeni bilgilər əldə etmək baxımındançox ehtiyacı var”.Bu minvalla“Mavera” səhnəsindən Qəzənfər müəllimə zəng vurub bildirdim ki, “Qənirə Xanım bizim universitetə dəvət olunub və “Türk Dünyası, Türkiyə-Azərbaycan Əlaqələri və Qarabağ Məsələsi” mövzusunda rektorumuz Professor Ali Gürlə birlikdəkonfrans verəcək!”.Telefon vasitəsi ilə Yunus Emre Tansu xocamız tanış olub danışdırdıqdan sonra məmnunluq hissilər ilə razılığınımənə bildirdi. Söz verdi ki, “yaxın bir zamanda Qəzənfər müəlliminkonfrans verməsi üçün Qaziantep Universitetinə dəvət edərəm”.Fəqət bilmədiyim səbəblərdəndolayı nədənsədəvət yerinə gətirilmədi.
 

Gaziantep Unversiteti “Mavera” kongre və sənət Mərkəzi” Qənirə Xanım Rektor Ali Gürlə birlikdə 
Türkiyə və Azərbaycan himləri səslənərkən sayqı duruşundan bir görünüş 

Açılı hissəsində rektorumuz öz məruzəsində, insan haqları, demokratiya və Fələstin məsələsinə, Türkiyə-Azərbaycan arasındaictimai-siyasi, mədəni əlaqələrin inkişafınatoxundu. Birlik-bərabərliyimizin önəminə, özəlliklə də Qarabağ məsələsinə və Xocalı soyqırımına da özmünasibətini bildirdi.
 
“Mavera” kongre və sənət Mərkəzi”ndə Gaziantep Unversiteti Rektoru Professor Ali Gür çıxış edərkən

50 dəqiqəlik çıxışında Qənirə xanım bir çox problemlərə aydınlıq gətirməklə dünyada baş verən ictimai-siyasi olaylar və qlobal problemlər barədə elmi fikirlərini akademisyenlər qarşısında siyasi sahədə çalışan zəngin  təcrübəyə sahib əsl elm xadimi olduğuna dair düşüncələrini bu sözlərlə təsdiq etdi: «Böyük güclərə qarşı durmaq üçün ilk növbədə Çanaqqaladakı kimi ruh, duyğu və düşüncə birliyinə ehtiyacımız var.Bu coğrafiyada yenə Çanaqqaladan keçirik. Tarix müəllimimin gözəl sözü vardı: Gənclərə tarixi keçmişdə qalmış kimi danışmayın. Tarix təkcə keçmiş deyil, tarix həm də bu gün və sabahdır.Çünki tarixi şüur bizim bu gün ayaqda durmağımız, hər şeydən xəbərdar olmağımız, özümüzü doğru yolda qoruyub gələcəyə inamlı addım atmağımız üçün ən mühüm açarı olub, əsas məqamı və önəmli nöqtəsidir. Bəli, biz bu coğrafiyada yeni Çanaqqaladan keçirik və bu coğrafiyada mənəvi ehtiyacımız olan önəmli cəhətlər; Oradakı ruh, şüur, birlik, həmrəylik idi. Biz nə vaxt birləşib birlikdə fəaliyyət göstərdikisə, bu, qələbə qazanmağımız demək idi. Çanaqqala bizə bunu deyir.»Azərbaycanın keçmiş dönəmdəki zəif, gücsüz ölkə olmadığına diqqəti çəkən Qənirə xanım nitqinin davamı olaraq daha sonra fikrini bu sözlərlərlə yekunlaşdırdı:«Artıq Sovetlərinbasqısı, zülmü altında ziyalılarının çoxunu itirən, nə əsgəri, nə ordusu var. Bu gün Azərbaycanımız inkişaf edən Azərbaycandır və Cənubi Qafqazın ən böyük, ən qüdrətli  stratejik dövlətidir. Qarabağ mövzusu bizim üçün ölüm-dirim məsələsidir.Çünki orada 20 mindən çox şəhidlərimizin qanı var. Ona görə də Azərbaycan Qarabağ mövzusunda hər nə olursa olsun, biz torpaqlarımızı geci-tezi işğaldan azad edib dövlətçiliyimizi qoruyub saxlamaqla, ölkəmizin coğrafi ərazisinin  tamamını bərpa edəcəyik. İnşallah bir gün gələr birlik, həmrəylik içində işğaldan azad edəcəyimiz gözəl Qarabağımızda sizinlə görüşərik. Sizi öz vətəninizdə orada gözləyirik. İnanırıq ki, siz bizdən daha yaxşı olacaqsınız və biz birlikdə bu coğrafiyanın taleyini dəyişəcəyik. Qarabağda da bayraqlarımız dalğalanacaq. Digər qardaşlarımız isə daha dinc  və firavan Vətəndə yaşayacaqlar. Bu yolda hamınıza uğurlar arzulayıram. Allah Azərbaycanımızı, Türkiyəmizi və bütün türk müsəlman dünyasını qorusun.»
 

Gaziantep Universitetinin “Mavera” konqre və sənət mərkəzi”ndə Azərbaycan Milli Məclisinin deputatı, Qənirə xanım Paşayeva çıxış edərkən

Bir təəssüfümü dədiqqətinizə çatdırmaq istərdim.Qənirə Xanımla, hörmətli ziyalımız, fəlsəfə elmlər doktoru, professor Babək Qurbanovu tanış edə bilmədim. Çünki həmin vaxt 17 dekabr 2017-ci il tarixində Xalq Şairimiz Osman Sarıvəllinin 110 illik yubileyinin keçirilməsi üçün Qazax Şəhər İcra Hakimiyyətinin başcısı, xoşməramlı xidmətləri və fədakar çalışmaları ilə Qazax elənə çoxsayda töhvələr bəxş etmiş,hörmətli ziyalımız Rəcəb Babaşovun təşkilatçılığı əsasında, rəsmi dəvəti ilə əlaqədar atasının yurdunda düzənlənmiş tədbirdə iştirak etməli idi.Bu səbəblə də Qənirə xanımım möhtəşəm çıxışını dinləyə bilmədi hörmətli alimimiz. Sadəcə Babək Bəyin bəstələdiyi “Şəhidlər” adlı əsərini Qənirə xanım dinlədikdən sonra musiqinin qəmli notlarda səslənən kədərli sədaları altında mənən tanış olduğunu qeyd etməliyəm əziz oxucularım.
Daha bir xatirəm yadımda qalsada təəssüf ki, günü,ayı və ilini unutmuşam. Türkiyənin televiziya kanallarından birinə dəvət edilən Qənirə xanımın çıxışı da Anadoluda fəaliyyətgöstərən Azərbaycanlı soydaşlarımızın da ürəyindən xəbər verirdi. Sanki xalqımızı narahat edən haqsız siyasi hadisələrin, Qarabağ həqiqətlərinin şərhindəki önəmli fikirlərinin, nigarançılıqlarının təqdimatının elçisi kimi çıxış edirdi bu proqramda. Bədnam qonşumuzun bir “siyasətcisi” nümayəndəsi də o proqrama dəvət edilmişdi. Qənirə xanımın bu üzdəniraqsiyasətcinin saxta, yalan, fırıldaq, iftira dolu arqumentlərini elmi-tarixi mənbələrə, gerçək faktlara dayanaraq, tərəfmüqabilini susdurmaqla, şahmat oyunundakı pat vəziyyətinə qoyduğu üçün məcazi anlamda bu “döyüş” səhnəsindən zəfərlə çıxmış oldu. Çünki analitik dəlillərlə tərəfmüqabilinin səsrsəm fikirlərini altüst etdi 75 milyonTürkəsilli seyircilərin nəzərində. Çaldığı qələbə ilə də Qənirə Xanım minlərlə insanımızın könüllərində taxt tac yüksəltdi həmin proqramda. Bu söz duellosunun siyasi müstvidəki qələbəsi artıq Qarabağ zəfərinin sanki anonsu dəyərində idi.  Şükürlər olsun ki, 19-20 sentyabr 2024 tarixindəki iki günlük savaşın qələbə simfoniyası adlı zəfərlə yekunlaşdığını əzizimiz, iftixarımız, qeyrətli vətənpərvər qızımız, ictimaiyi siyasi sahədə arator şəxsiyyətimiz Qənirə Xanım Paşayeva ömrünün final akortlarının vurulmasından az əvvəlürəyi Türk Dünyasının ritmi ilə çırpınaraq,gözləri həyatda açıq, olduğu zaman görə bildi. Bu xəbərlə sevindi. Fəqət sevincin ömrü qısa olsada nigaran getmədi bu fani dünyadan. Məkanı cənnət, ruhu şad olsun. Bu vətənpərvər alicənab, əsilzadə zadəganqızımızın, qəlbi Türk dünyasına sığmayan, bəşəri amalla yaşamış övladımızın. Amin

 

Professor İlqar İmamverdiyev, Millət vəkili Qənirə xanım Paşayeva, memar Firuzə İmamverdi, 
Avukat Əli İlqaroğlu   // 21.12 – 2017 Qaziantep Universiteti

 
İlqar Cəmiloğlu İmamverdiyev
Sənətşünaslıq elmləri doktoru,
Qaziantep Universiteti Türk Musiqisi Dövlət Konservatoriyasının professoru
27.01- 2024 saat 16.59