Seçki günü "Sədərək" və "Binə" işləməyəcək

7 fevral 2024-cü il tarixində Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək.
Bakupost.az xəbər verir ki, seçki ilə əlaqədar bir sıra iri ticarət şəbəkələri işləməyəcək.
Əldə etdiyimiz məlumata görə, şəhərin ən böyük ticarət mərkəzi Sədərək və Binə 7 fevralda qapalı olacağını elan edərək, hər kəsi seçkidə iştiraka çağırıb.