Arılar nə bala verir, nə də bal… 

Səbəb qışda yaz havasıdır

 
 Türkiyənin Ordu bölgəsində builki qışın quraq keçməsi bal arılarının həyatını da alt-üst edib. 
“Sherg.az” “NTV.com.tr”yə istinadən xəbər verir ki, Adana Kozanda arıçılıq təsərrüfatı ilə məşğul olan fermerlər bal arıları arasında ölümlərin artdığını görüncə, bunun səbəbini araşdırmağa başlayıb.  Ordu bölgəsi Türkiyədə bal istehsalı ilə məşhurdur və öndə gedən bal istehsalçısıdır. Burada 600 mindən artıq pətək yeşikləri var. Lakin bu il bal arıları arasında ölüm faizi də artıb, bal istehsalı da xeyli aşağı düşüb. Mütəxəssislər bunu qışın isti, quraq keçməsiylə izah edir. Onların fikrincə, qış quraq və isti keçdiyindən bal arıları qış yuxusuna gedə bilmir. Bu da bal arılarının şanı - pətək əmələ gətirməsinə mane olur. Qışın belə isti və quraq keçməsi “yalançı bahar” adlandırılır. Yalançı baharsa bal arılarının ölümü və bal istehsalının azalmasıyla nəticələnir. Bal arıları qışın gəldiyini anlamaqda çətinlik çəkir, qışdır, yoxsa bahar səhv salırlar, qış yuxusuna gedə bilmədiklərindən nə bala çıxarır, nə də bal. Əslində isə arıların 5 ay qış yuxusuna getmələri lazımdır. Havalar isti olduğundan arılar pətəyə daxil olmur, balalama mərhələsi də keçib-gedir. Adana Kozan bölgəsində də eyni durumdur. Yay aylarında bal arıları həddindən artıq istiyə dözməyib tələf olurdular. Qışda isə istidən qış yuxusuna gedə bilmirlər. Bu da bal istehsalını azaldır. Mütəxəssislər arıların həyat tərzinin dəyişməsini qlobal istiləşmə ilə izah edir. Növbəti qış fəsli də bu cür isti keçərsə, bal arıları arasında ölüm faizi yenə artacaq, bal istehsalı da getdikcə azalacaq.