Peçenyelərın  üzərində vurma cədvəli: - Məktəblərə pulsuz paylanmalıdır

Gürcustan hökuməti ölkədə təhsil sistemini inkişaf etdirmək üşün ən müxtəlif qərarlara imza atır. Orta məktəblərdə xüsusi ilə riyaziyyat fənninin daha yaxşı mənimsənilməsi diqqət mərkəzindədir. 

Sherg.az xəbər verir ki,  Gürcüstanda bu dəfə peçenyelərın  üzərində vurma cədvəli həkk olunub ki, uşaqlar onu asanlıqla öyrənsinlər. Qeyd edək ki, bu görüntülər ölkədən kənarda da böyük marağa səbəb olub. Elə qardaş ölkə olan Türkiyədə bu cür usullardan istifadənin efektiv olacağı vurğulanıb. Sosial şəbəkələrdə paylaşılan xəbər milyonlara bəyənmə yığıb. Qeyd olunub ki, Milli Təhsil Naziri bunu görməlidir və bu peçenyelər məktəblərə pulsuz paylanmalıdır.