"Pəncə-Kilit" əməliyyatında şəhid olan Kahramanmaraşlı çavuş hərbçi Mehmet Ali Horozun şəhid olmasına 3 gün qalmış vəsiyyət etdiyi məlum olub.
Sherg.az xəbər verir ki, Mehmet Ali Horoz dünən "Pəncə-Kilit" əməliyyatı bölgəsində aparılan axtarış və yoxlama fəaliyyəti zamanı terror təşkilatı üzvləri ilə təmasda şəhid olub.
Şəhidin kədərli xəbəri Kahramanmaraşda ailəsinə çatdırılıb. Onun şəhadət xəbərindən sonra şəhidin vəsiyyəti bəlli olub.
Şəhid olmadan 3 gün əvvəl dostlarının lentə aldığı görüntülərdə Mehmet Ali Horoz “Volkan” adlı dostunun yuxusunda onu şəhid kimi gördüyünü bildirib.
Mehmet Ali Horozun isə "Şəhid olsam Afrika ölkəsində bir su quyusunun qazılmasını xahiş edirəm. Allah hamımızın köməyi olsun" dediyi öyrənilib.
Şəhidin bu gün günorta namazından sonra Onkişubat rayonundakı Həsəncıklı məhəllə qəbiristanlığında təşkil olunan mərasimlə son mənzilə yola salınıb.