Ədil Arifoğlu sabah İmişlidə dəfn olunacaq

Hərbi jurnalist Ədil Arifoğlu sabah İmişli rayonunda dəfn olunacaq.

Axar.az xatırladır ki, o bu gün 56 yaşında vəfat edib.

Qeyd edək ki, Ə.Arifoğlu uzun illər Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin Hərbi vətənpərvərlik baş redaksiyasının baş rejissoru kimi çalışıb.

Ədil Arifoğlu həm Birinci, həm də İkinci Qarabağ müharibəsində hərbi jurnalist kimi iştirak edib, qızğın döyüşləri ön cəbhədə lentə alıb.