Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi aşağı salınıb

Hazırda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Sherg.az xəbər verir ki, bu barədə Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Bildirilib ki, məlumat sürət tablolarında “sürüşkən yol” işarəsi qoyulub.