Bu ərazidə qaz olmayacaq

Binəqədi rayonu, S.S.Axundov küçəsindən İ.P.Dadaşov küçəsinə qədər yeraltı qaz xəttinin mövcud şəbəkəyə qoşulması məqsədi ilə 04.09.2024-cü il saat 10:00-dən etibarən qaz təchizatı dayandırılacaq.

"Azəriqaz"dan verilən məlumata görə, təmir quraşdırma işləri görülən zaman Binəqədi rayonunun S.S.Axundov, İ.P.Dadaşov, Dərnəgül, Ş.Məmmədov küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.