Kiviryan ermənilərin daha bir mifini darmadağın etdi

Əİcazə verin, bir şeyi də izah edim. Başqa bir erməni mifi də budur ki, biz (erməni xalqı – red.) xeyli general, marşal yetirmişik. Sən yetirməmisən, sənin də deyil, Sovet İttifaqı verib, onlarındır.

Sherg.az Globalinfo.az-a istinadla xəbər verir ki, bunu erməni analitik Argişti Kiviryan yazıb.

O bildirib ki, Sovet dönəmində ermənilər arasında yaxşı hərbçilərin yetişməsi birbaşa SSRİ hərb sistemi ilə bağlı idi:

“Generallar və marşallar göydən düşmür. Bunun üçün çox mürəkkəb təhsil və uyğun mühit lazımdır və bu, Sovet İttifaqında var idi. Erməni mühitində bu adamlar ya indiki generallar kimi olardılar, ya da leytenantlıqdan yuxarı qalxmazdılar. Ermənistan dövlətçiliyi və ordusu yalnız bunun sayəsində mövcud oldu”.