
AİB sədri: Yerli kolbasalar tərkib baxımından xarici məhsullardan daha üstündür
10:57 22.07.2025
Cəmiyyət
497
Bu ilin I yarısında Azərbaycanda 14 min 820,3 ton kolbasa məmulatları istehsal edilib.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,1 % azdır.
İyulun 1-nə ölkədə 38,5 ton hazır məhsul ehtiyatı yaranıb ki, bu da 1 il əvvələ nisbətən 29 % azdır.
Hesabat dövründə Azərbaycanda 2 milyard 628,5 milyon manatlıq qida məhsulları istehsal edilib ki, bu da illik müqayisədə 12 % çoxdur.
Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov "Sherg.az"a bildirib ki, yerli kolbasa istehsalında təxminən 30%-lik azalma müşahidə olunur:

“Bu da son altı ayda əsasən Rusiyadan idxal olunan kolbasa məmulatları ilə izah olunur. Əgər əvvəllər Rusiyadan gətirilən məhsulların keyfiyyəti yüksək qiymətləndirilirdisə, hazırda bu qiymətləndirmə aktual deyil. Rusiyadan idxal edilən kolbasa və sosiskalar yerli məhsullardan xeyli ucuz qiymətlə bazara daxil olur. Bu fərqin əsas səbəblərindən biri, Azərbaycanda yerli istehsalın ciddi nəzarət mexanizmlərinə tabe olmasıdır. Bəzi yerli istehsalçılar bu nəzarəti müsbət qiymətləndirir və qeyd edirlər ki, həyata keçirilən laborator analizlər məhsul keyfiyyətinin yüksəldilməsinə xidmət edir. Cəmiyyətdə xarici məhsulların daha keyfiyyətli olması ilə bağlı yanlış təsəvvür mövcuddur. Lakin yerli məhsulların markalanması və vizual göstəriciləri xarici məhsullardan geri qalmamaqla yanaşı, tərkib baxımından daha üstündür. Bu, ciddi nəzarət rejiminin nəticəsidir. Buna baxmayaraq, qiymət rəqabətində yerli istehsal geridə qalır və nəticədə istehsal həcmlərində azalma baş verir. İstehlakçılar yerli məhsullara üstünlük verməyə təşviq olunmalı, dövlət tərəfindən isə proteksionist siyasət tətbiq edilməlidir. İstehlakçıları çağırıram ki, keçmiş nazir Fərhad Əliyevin dediyi kimi, hamı yerli mal alsın, xeyri vətənə qalsın. Təkcə yerli mal alıb vətənə xeyir vermək deyil, ekoloji cəhətdən daha təmiz və az kimyəvi maddə tərkibli məhsulların bazarda üstünlük qazanması baxımından əhəmiyyətlidir. Beləliklə, yerli istehsalın azalma tendensiyası aradan qaldırıla bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə
Rusiya-Ukrayna müharibəsinin sonu hələ görünmür - RƏY
18:35 21.09.2026
Siyasət
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın var
18:19 21.09.2026
Hadisə