Ailələri məhkumlarla videogörüşlər keçirə biləcək - Hüquq müdafiəçisi qərarı alqışladı
Yusif Nəzərli
09:15 15.10.2022
Cəmiyyət
526
Azərbaycanda məhkumlara videogörüşlər keçirmək hüququ verilir.
Bu barədə məsələ Milli Məclisin payız sessiyasının ilk iclasında müzakirəyə çıxarılan Cəzaların İcrası Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində (ikinci oxunuş) əksini tapıb.
Layihə ilə bağlı deputat Nizami Səfərov arayış verərək bildirib ki, sənəd məhkumlara videogörüşlər keçirmək hüququnun verilməsini, epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə görüşlərə məhdudiyyət qoyulduğu hallarda məhkumun xahişi olduqda qısa müddətli görüşlərin telefon danışıqları və videogörüşlərlə əvəz edilməsini nəzərdə tutur. Sənəd müzakirələrdən sonra səsverməyə qoyularaq qəbul edilib.
Qeyd edək ki, məhkumlar videogörüşləri xüsusi otaqda keçirəcəklər.
Beynəlxalq İnsan Hüquqları Təşkilatının Azərbaycan bölməsinin rəhbəri Səadət Bənənyarlı “Şərq”ə açıqlamasında sözügedən dəyişikliyi müsbət dəyərləndirib. Onun sözlərinə görə, müxtəlif səbəblərdən məhkumlarla görüşə bilməyən, cəzaçəkmə müəssisəsinin olduğu şəhərdən uzaqda yaşayan, xaricdə yaşayan ailə üzvlərinin, yaxın insanlarının video formatda danışmasına icazə verilməsi çox gözəl qərardır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-ın İrana son hücumunda SEPAH-ın 4 əməkdaşı ölüb
13:07 02.09.2026
Gündəm
Şimali Kipr sahillərində batan gəminin qalıqları tapılıb
12:58 02.09.2026
Hadisə
Türkiyə aviaşirkətləri Moskvaya uçuşları ləğv edir
12:38 02.09.2026
Hadisə
Yasamalda skuterdən yıxılan 57 yaşlı kişi ölüb
12:35 02.09.2026
Hadisə
Cinayətdə şübhəli bilinən 46 nəfər saxlanıldı
11:43 02.09.2026
Hadisə
1,2 milyon manatlıq körpü açılışda çökdü - VİDEO
11:35 02.09.2026
Hadisə
Daha üç vəzifəliyə hökm oxundu - Biri Mikayılovun uşaqlıq dostudur
11:13 02.09.2026
Hadisə
Rusiya ilə Ermənistan arasında yükdaşımalar kəskin artıb
11:11 02.09.2026
Region
Bəzi tələbələrə 2000 manat MÜKAFAT VERİLƏCƏK - FOTO
11:11 02.09.2026
Elm və Təhsil
Mal əti bahalaşdı
11:05 02.09.2026
İqtisadiyyat
Axtarışda оlan 317 nəfər sərhəddə saxlanılıb
11:02 02.09.2026
Hadisə
Boşanma qaydaları dəyişir: 3 mühüm yenilik hazırlanır
10:40 02.09.2026
Cəmiyyət
SON DƏQİQƏ: İran ABŞ-nin hərbi bazalarını vurdu - 4 ölkə hədəfdə
10:01 02.09.2026
Gündəm