Azərbaycan və Gürcüstan XİN başçılarının geniş tərkibdə görüş keçirilir - YENİLƏNİB
08:37 22.07.2025
Cəmiyyət
317
Azərbaycan və Gürcüstanın xarici işlər nazirləri – Ceyhun Bayramov və Maka Boçorişvili arasında geniş tərkibdə görüş keçirilir.
Sherg.az xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.
Məlumata əsasən, görüşdə energetika, nəqliyyat, regional bağlılıq, ikitərəfli və çoxtərəfli əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunur.
Tərəflər qarşılıqlı maraq doğuran regional və beynəlxalq təhlükəsizlik məsələlərinə də diqqət yetirirlər.
***
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun gürcü həmkarı Maka Boçorişvili ilə təkbətək görüşü keçirilir.
Sherg.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumatda, Azərbaycan - Gürcüstan ikitərəfli münasibətlərinin hazırkı vəziyyəti və perspektivləri, regional məsələlər üzrə əməkdaşlığın, strateji əlaqələrin dərinləşdirilməsi imkanlarının təkbətək görüşdə müzakirə edildiyi qeyd olunub.
***
Gürcüstanda səfərdə olan Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun gürcü həmkarı Maka Boçorişvili ilə görüşü başlayıb.
Sherg.az xəbər verir ki, gürcü nazir Azərbaycan XİN rəhbərini qarşılayıb.
***
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iyulun 22-də Gürcüstana rəsmi səfərə yola düşüb.
Sherg.az xəbər verir ki, bu barədə XİN məlumat yayıb.
Səfər çərçivəsində C.Bayramovun Gürcüstanın xarici işlər naziri Maka Botçorişvili, habelə digər yüksək səviyyəli rəsmilərlə görüşlərinin keçirilməsi nəzərdə tutulub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə
Rusiya-Ukrayna müharibəsinin sonu hələ görünmür - RƏY
18:35 21.09.2026
Siyasət