Azərbaycanda “TikTok”dan istifadə məhdudlaşdırılır? - AÇIQLAMA
Yusif Nəzərli
11:48 28.03.2023
Cəmiyyət
606
“Son 10-15 ildə yaranan sosial platformalar arasında ən təhlükəli və ajiotajlısı, o cümlədən ucuz həyat tərzini təbliğ edəni “TikTok”dur. Bu platforma kifayət qədər qeyri-ciddi və mənəviyyatsız bir biznes şəbəkəsidir”. Bu sözləri “Sherg.az”a açıqlamasında İKT üzrə ekspert Elvin Abbasov deyib.
Ekspertin sözlərinə görə, “TikTok”un dizaynı, quruluşu bu zərərli tendensiyalar üçün daha əlverişlildir:
“Digər şəbəkələrdən də bu məqsədlə istifadə edən insanlar olsa da, tiktokdakı qədər kütləvi deyil. Canlı yayımlardan pul qazanmaq kimi motivasiyalar yüngül həyat tərzi yaşayan, abırsız yollarla məşhurlaşmaq istəyən kütləni özünə cəlb etdi. “TikTok”da canlı yayım açıq pul qazananlar isə ancaq qeyri- əxlaqı paylaşım edib, mənəviyyatımıza zidd , bayağı söhbətlər edən kütlədir.
“TikTok”-la bağlı qadağalar tətbiq edən ölkələr də məhz bunun fərqinə vardı ki, insanları intellektual fikir mübadiləsindən daha çox yüngül həyat tərzinə sövq edir. İntlelektə töhfə verməyən gəlir mənbələri isə ölkələrin milli-mənəvi dəyərlərini sarsıdır, həm də insanları bəsit yollarla qazanc əldə etməyə təşviq edir.
Amma bütün bu məxfiliklərə rəğmən bir mütəxəssis olaraq “TikTok”un bağlanmasını doğru hesab etmirəm. Məlumatın əlçatanlığını məhdudlaşdırmaq hüquqi baxımdan doğru deyil. Milli mənəvi dəyərlərimizə vurduğu zərər fonunda isə sadə bir vətəndaş kimi “TikTok”dan istifadənin məhdudlaşdırılmasını istəyirəm.
Bu platforma Azərbaycanda birmənalı şəkildə deaktiv edilməlidir. Ən azından gənclərin intellektual perspektivi baxımından müəyyən məhdudlaşdırmalar olmalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ona “niyə evlənmirsən” sualını verən qonşusunu öldürdü
02:57 22.09.2026
Maraqlı
ABŞ-da iki böyük hava limanında uçuşlar dayandırıldı
01:02 22.09.2026
Dünya
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual