BMT sessiyası: Azərbaycan sədrlik etdi
13:48 28.08.2019
Cəmiyyət
523
Azərbaycan BMT komissiyasının “Asiya-Sakit okean İnformasiya Super Magistralı və infrastruktur bağlantıları” sessiyasına sədrlik edib. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən verilən məlumata görə, Tailandın Banqkok şəhərində BMT-nin İqtisadi və Sosial Şurasının (ECOSOC) 5 regional kommisiyasından biri olan Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) Asiya-Sakit okean İnformasiya Super Magistralı (ASİSM) layihəsi üzrə İdarəetmə Komitəsinin 3-cü sessiyası keçirilir.
Tədbir çərçivəsində həmçinin İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammitinin regional dövrü müzakirəsi aparılır. Komissiya iqtisadi və sosial məsələləri müzakirə etmək və nəzərdən keçirmək, o cümlədən regional əməkdaşlığı gücləndirmək məqsədilə region dövlətləri üçün bir platforma rolunu oynayır.
Tədbir çərçivəsində idarətmə komitəsinin iclasına seçkilər keçirilib. İdərəetmə komitəsi iclasına sədr və UNESCAP-ın 4 subregionundan müavinlər seçilib. Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndəsi Emil Əhmədov Şimali və Mərkəzi Asiya subregionundan (Azərbaycan, Gürcüstan, Ermənistan, Qazaxstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan) komitə iclasına sədr müavini seçilib və “Asiya-Sakit okean İnformasiya Super Magistralı və infrastruktur bağlantıları” adlı sessiyaya sədrlik edib.
Azərbaycan ESCAP-ın əksər üzv ölkələri ilə yüksək səviyyəli siyasi münasibətlərə malikdir. Ölkəmiz 31 iyul 1992-ci il tarixindən UNESCAP-ın üzvüdür. Qurum xüsusən nəqliyyat, İKT və enerji sahələrində maraqlarımızın təmin edilməsi baxımından çox önəmli bir platformadır.
Sözügedən tədbir zamanı dayanıqlı inkişaf erasında Asiya-Sakit okean İnformasiya Super Magistralı (ASİSM) layihəsinin reallaşmasına regionda həyata keçirilən, o cümlədən ölkəmizin təşəbbüskarı olduğu layihələrin (Trans-Avrasiya Super İnformasiya Magistralı - TASİM) verə biləcəyi tövhəyə dair müzakirələr aparılır.
Sessiyada həmçinin ASİSM layihəsi üzrə indiyədək irəli sürülmüş bir sıra təşəbbüslərin tətbiqinin vəziyyəti nəzərdən keçirilib. Eləcə də layihənin Baş Plan və Regional Əməkdaşlıq Çərçivəsində sənədlərin növbəti (2019-2022 illər) üçün yenilənməsi nəzərdə tutulur. İdarəetmə Komitəsinin 3-cü sessiyası çərçivəsində keçirilən ölkələrin təqdimatı adlı sessiyada ölkəmizdə BMT-nin Dayanıqlı İnkişaf üzrə 2030-cu il Gündəliyinin icrası, eləcə də Respublikamızın İKT sahələrində həyata keçirdiyi və təşəbbüskarı olduğu beynəlxalq əhəmiyyətli layihələr ilə əlaqədar görülən işlər və əldə olunan nailiyyətlər, eləcə də İKT sektorunun inkişafının müxtəlif aspektlərini, habelə müvafiq tənzimləyici məsələləri əhatə edən Azərbaycan Respublikasının informasiya və telekommunikasiya texnologiyalarının inkişafı üzrə Strateji Yol Xəritəsi barədə tədbir iştirakçılarına ətraflı məlumat verilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakı-Vyentyan xəttində yeni gediş: Azərbaycan Asiyaya açılır
14:17 15.10.2026
Gündəm
Səidə Mirziyoyeva Bayraktarla görüşdü
14:01 15.10.2026
Dünya
Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, 2 gün davam edəcək...
13:54 15.10.2026
Ekologiya
Paşinyan: Ermənistanın Rusiya ilə münasibətləri heç vaxt soyumayıb
13:29 15.10.2026
Dünya
Husilər Mədinəyə hücum etdilər
13:27 15.10.2026
Dünya
Tacikistan Prezidenti AQEM-də bir sıra təkliflərlə çıxış edib
13:26 15.10.2026
Gündəm
Paşinyanın sülh mükafatı kimi aldığı pul bank hesabına köçürüləcək
13:11 15.10.2026
Gündəm
Paşinyan Azərbaycanla sülhü 2031-ci ilə saxlayır
12:23 15.10.2026
Gündəm
Azərbaycanda “Rəqəmsal rabitə” informasiya sistemi yaradılır
12:20 15.10.2026
Gündəm
İlham Əliyev: Laosun AQEM-ə üzvlüyünü yüksək qiymətləndiririk
12:19 15.10.2026
Gündəm
İshaq Dar Bakıda olan Hakan Fidana zəng etdi
11:38 15.10.2026
Dünya
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir
11:35 15.10.2026
Gündəm
Ukrayna Voronejdə hərbi aerodrumu vurdu
11:21 15.10.2026
Dünya