BTMİF ilə Varşava Universiteti arasında Anlaşma Memorandumu...
Yusif Nəzərli
09:15 17.03.2023
Cəmiyyət
768
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Polşaya səfəri çərçivəsində ölkənin Varşava Universitetinin rektoru Aloyzi Novak ilə görüşüb. Görüşdə həmçinin, Universitetin Əməkdaşlıq və kadr məsələləri üzrə prorektoru Sambor Qruça, Şərqşünaslıq fakültəsinin dekanı Piotr Taraxa, Türkologiya və Mərkəzi Asiya xalqları Departamentinin əməkdaşı Şəhla Kazımova, Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin dekanı Aydan Xəndan və Azərbaycanın Polşadakı Səfirliyin əməkdaşları iştirak edib.
Görüşdə Fond ilə Varşava Universitetinin Türk xalqlarının mədəni irsinin təşviqi yönündə qarşılıqlı iş birliyi məsələləri müzakirə olunub. Bu istiqamətdə birgə konfrans, seminar, sərgilərin keçirilməsi, universitetin türk dünyası ilə bağlı tədqiqat işləri aparan tələbələri üçün təqaüd proqramlarının ayrılması qeyd olunub.
Universitetdə Fondun himayəsi ilə Türk dünyasının elmi tədqiqat və araşdırmaları Mərkəzinin yaradılması ətrafında fikir mübadiləsi edilib.
Görüşün sonunda Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Varşava Universiteti arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
Daha sonra Fondun prezidenti Universitetin müəllim heyəti və Türkologiya fakültəsinin tələbələri ilə görüş keçirib.
Günay Əfəndiyeva Fondun qədim köklərə malik türk xalqlarının zəngin dəyərlərinin qorunması, yayılması və gələcək nəsillərə ötürülməsi üzrə fəaliyyətindən söz açıb. Fondun prezidenti rəhbərlik etdiyi təşkilatın Universitet ilə imzaladığı Memorandumun əsas məqsədlərindən, eləcə də səmərəli iş birliyi və gələcək birgə layihələr üçün yaratdığı imkanlardan bəhs edib.
Tədbirdə Universitetin Türkologiya fakültəsində təhsil alan, türk dövlətlərini təmsil edən tələbələr tərəfindən kiçik konsert proqramı göstərilib.
Sonda tədbir iştirakçılarına Novruz xonçası və milli şirniyyatlar təqdim olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Döşəyin altına üç dəfnə yarpağı qoyun- Qədim üsulun sirri
05:25 22.09.2026
Maraqlı
Ebru dünya turuna çıxır
03:33 22.09.2026
Şou
Ona “niyə evlənmirsən” sualını verən qonşusunu öldürdü
02:57 22.09.2026
Maraqlı
ABŞ-da iki böyük hava limanında uçuşlar dayandırıldı
01:02 22.09.2026
Dünya
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual