Bu ölkələrdən Azərbaycana gələnlərin sayı artdı
15:14 21.07.2025
Cəmiyyət
367
2025-ci ilin yanvar-iyun aylarında Azərbaycan Respublikasına dünyanın 178 ölkəsindən 1 milyon 217.4 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1.1 faiz az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Sherg.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildirilib ki, gələnlərin 25.8 faizi Rusiya Federasiyası, 17.6 faizi Türkiyə, 9.4 faizi Hindistan, 8.2 faizi İran, 4.2 faizi Gürcüstan, 3.7 faizi Qazaxıstan, 3.2 faizi Səudiyyə Ərəbistanı, 2.9 faizi Pakistan, 2.1 faizi Çin, hər birindən 1.9 faiz olmaqla İsrail və Özbəkistan, 1.8 faizi Birləşmiş Ərəb Əmirlikləri, 1.4 faizi Ukrayna, 1.3 faizi Türkmənistan, hər birindən 1 faiz olmaqla Belarus və Küveyt, 12.6 faizi digər ölkələrin vətəndaşları olub. Gələnlərin 67.9 faizini kişilər, 32.1 faizini qadınlar təşkil edib.
Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə İsraildən gələnlərin sayı 1.9 dəfə, Tacikistandan - 1.8 dəfə, Çindən - 1.6 dəfə, Yaponiyadan - 44.3 faiz, Qırğızıstandan - 40.5 faiz, İordaniyadan - 20.7 faiz, Niderlanddan - 19.1 faiz, Qazaxıstandan - 18.3 faiz, ABŞ-dən - 17.7 faiz, Pakistandan - 16.7 faiz, Kanadadan - 16 faiz, İtaliyadan - 13.2 faiz, Cənubi Koreyadan - 13 faiz, Almaniyadan - 11.1 faiz, Özbəkistandan - 10.3 faiz artıb.
2024-cü ilin yanvar-iyun ayları ilə müqayisədə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 6.4 faiz artaraq 49.7 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 7 faiz azalaraq 186 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 7.3 faiz azalaraq 422.9 min nəfər olub, digər ölkələrdən gələnlərin sayı isə 5.8 faiz artaraq 558.8 min nəfər təşkil edib.
Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 74.3 faizi hava, 24.3 faizi dəmir yolu və avtomobil, 1.4 faizi isə dəniz nəqliyyatından istifadə edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya