“Bu təxribatda Rusiya agenti olan erməni generalların rolu var”
Banuçiçək Kalbalıyeva
15:26 14.07.2020
Cəmiyyət
944
Tovuzda gərginlik davam edir, atışmalar səngimək bilmir. Düşmən təxribatının cavabını layiqincə versək də, Dağlıq Qarabağa doğru irəliləyə bilməmişik. Amma inam, ümid ən pik həddədir.
AĞ Partiya sədrinin müavini, politoloq Əhəd Məmmədli mövcud durumu “Sherg.az”a təhlil edib. Ekspert bu təxribatda Rusiyanın “əl”i olduğu qənaətindədir:
“Düzü, Paşinyanın açıqlaması məni təəcccübləndirdi. Çünki o, müharibəni pandemiyadan sonraya planlaşdırdığını demişdi. Azərbaycan antiterror əməliyyatlarına başlamaq ərəfəsindəykən Ermənistanın Tovuzda təxribat törətməsi isə ümumiyyətlə gözlənilməz idi. Hər halda bu işdə Rusiya agentləri olan erməni generallarının xüsusi rol oynaması istisna deyil. O da məlumdur ki, Ermənistan silahlı qüvvələrində təkcə onların özləri yox, ruslar da xidmət edir”.
Politoloq, həmçinin general, polkovnik mayor və digər hərbçilərimizin şəhid olmasına da toxundu:
“Əlbəttə, kədərlənir və onlara Allahda rəhmət diləyirik. Bu məqam onu göstərir ki, düşmən ordusundan fərqli olaraq bizim generallarımız əsgərin arxasında gizlənmir. Əksinə, öndə gedərək örnək olurlar. Şəhidlərimizin intiqamı alınmalıdır.
Özü də 5-10 erməni hərbçisinin zərərsizləşdirilməsi ilə yox, bu gecə Azərbaycanın qərbində və ya Dağlıq Qarabağın hansısa rayonunda Azərbaycan bayrağının dalğalandırılması ilə”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi