Çoxuşaqlı ailələrin sayı sürətlə azalır: İki uşaqlı ailə modelinə keçirik - SOS
Fidan Həmişəyeva
12:40 13.11.2019
Cəmiyyət
1694
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı bildirib ki, çoxuşaqlı ailələrə verilən müavinət sisteminə yenidən baxılsın və mümkün olduğu təqdirdə bir az daha da artırılsın. Deputat güzəştli ipoteka kreditlərinin verilməsi şərtlərinin çoxuşaqlı ailələrə və müəllim ailələrinə şamil olunmasını da təklif edib.
O bildirib ki, uşaqların asudə vaxtlarının səmərəli təşkil edilməsi üçün dövlət səviyyəsində istirahət məkəzlərinin yaradılması üçün vəsait ayrılmasına böyük ehtiyac var:
“Sosial təminatı zəif olan, o cümlədən, imtiyazlı ailələr, uşaqlar bu düşərgələrdə yararlana bilərlər. Bunun üçün büdcədən böyük vəsaitin ayrılması tələb olunmur”.
Deputatın təklifinin son dərəcə təqdirəlayiq və vacib olduğunu deyən “Altay” Sosial-Araşdırmalar Mərkəzinin rəhbəri, iqtisadçı Elçin Bayramlı Sherg.az-a bildirib ki, məsələ parlamentdə müzakirə olunmalı və müvafiq qərar qəbul edilməlidir.
İqtisadçı bildirib ki, çoxuşaqlı ailələrin sayı sürətlə azalır və 1-2 uşaqlı ailə modelinə keçirik:
“Səbəb də onunla bağlıdır ki, əksər ailələrin 3-5 uşaq böyütmək üçün lazımi maddi imkanları yoxdur. Bu, demoqrafik vəziyyəti pisləşdirir və ailə modelini zəiflədir. Dövlətimizin əlbəttə, bunu həyata keçirmək üçün kifayət qədər maliyyə imkanı var. Hesab edirəm ki, 3 və daha çox uşaq olan ailələrə aylıq yardımlar verilməsi vacibdir. 5 uşaqlı ailələrə edilən yardım əhalinin heç 0,1 faizini belə əhatə etmir və bunun sosial yükü yoxdur. Çünki indiki dövrdə nəinki 5-6, heç 3 uşaqlı ailələrə də rast gəlmək olmur. Yaxşı olardı ki, aylıq uşaqpulu bərpa edilsin və hər uşağa aylıq 100 manat dövlət yardımı edilsin. Əgər aylıq uşaqpulu bərpa edilmirsə, heç olmasa 3 və daha çox uşaqlı ailələrə əlavə yardım edilməlidir. Bu yardımlar tətbiq olunarkən əlbəttə yüksək maddi imkanı ola ailələrə yox, aşağı maddi təminatı olan ailələrə üstünlük verilməlidir. Bu halda büdcəyə əlavə yük düşməz. Məsələn, aylıq gəliri adambaşına yaşayış minimumundan- 200 manatdan artıq olmayan ailələrə yardım edilə bilər. Bu, mütləq edilməlidir. Çünki, demək olar bütün ölkələrdə bu tətbiq edilir. Bizim maliyyə imkanlarımız yüksəkdir, demək bunu rahatlıqla tətbiq edə bilərik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron xalqa müraciət etdi: Etirazçıların tələbləri nəzərə alınacaq
23:03 18.10.2026
Dünya
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi