Dini Komitə: "Minbəri başqa ölkələrdə dini təhsil alanlara etibar edə bilmərik"
Yusif Nəzərli
07:46 22.11.2022
Cəmiyyət
324
"Biz minbəri başqa ölkələrdə dini təhsil alan insanlara etibar edə bilmərik. Çünki onlar kimlərdən dərs alıblarsa, onları da təqlid edirlər".
Bunu "Report"un sualına cavab olaraq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı deyib.
Onun sözlərinə görə, Azərbaycanda fəaliyyət göstərən məscidlərdə din xadimlərinə kifayət qədər ehtiyac var: "Təbii ki, məscidlərimizdə ölkədəki dini elmi mərkəzləri bitirənlər din xadimi kimi işləyə bilər. Həmçinin dini təhsili olub amma diplomu olmayanlar da fəaliyyət göstərə bilər. Lakin onlar imtahan verməlidirlər. Bu gün Azərbaycan məscidlərində İlahiyyat İnstitutunu, Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsini bitirən, mədrəsələrin nümayəndələri din xadimi vəzifəsini tutmalıdır".
S.Salahlı bildirib ki, onlar azərbaycançılıq ideyaları, milli-mənəvi dəyərləri lazımınca ifadə edə bilmirlər: "Mütləq şəkildə onlarda yad təsir hiss olunur. Bu da istər-istəməz onların ideoloji səhvlərinə və təxribatlarına gətirib çıxarır. Təbii ki, biz də dövlət olaraq buna imkan verə bilmərik və qarşısı alınmalıdır. Bu günə qədər 50-ə yaxın din xadimi imtahan verib. Bizdə imtahanlar çox şəffaf keçirilir. 7 nəfərdən ibarət nümayəndə imtahan götürür və hər bir din xadiminə savadına uyğun şəkildə fərdi formada qiymətləndirilmə aparır. Qiymətlər toplanaraq müəyyən balı yığan ruhanilər sertifikat alıb təyinatı üzrə göndərilirlər".
Dövlət Komitəsi sədrinin birinci müavini həmçinin vurğulayıb ki, bu gün ölkədə xeyli sayda imam vəzifəsi boşdur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putini öldürmək mümkün deyil” - Kəşfiyyatçı səbəbini açıqladı
17:02 01.09.2026
Dünya
NATO nümayəndə heyəti ilə ANAMA-da görüş keçirildi
16:46 01.09.2026
Gündəm
Baş Qərargah: Rusiya son üç ayda 124 mindən çox hərbçi itirib
16:42 01.09.2026
Dünya
Monqolustan, Çin və Rusiya birgə hərbi təlim keçirəcək
16:17 01.09.2026
Dünya
Qırğızıstan və Türkiyə hərbi əməkdaşlığı genişləndirir
15:43 01.09.2026
Gündəm
Kaya Kallas: Hörmüz boğazında keçid sərbəst olmalıdır
15:31 01.09.2026
Gündəm
Türkiyə Prezidenti Məkkə Müdafiə İttifaqı barədə açıqlama verdi
14:35 01.09.2026
Gündəm
KİV: Trampa dəstək Baydenin ən aşağı reytinqindən də aşağı düşüb
14:08 01.09.2026
Gündəm
Şahbaz Şərif BMT-də islahatların aparılmasına çağırıb
13:51 01.09.2026
Dünya
Balıq ovu mövsümü açıq elan edildi
12:56 01.09.2026
Sosial
Sabahın hava proqnozu açıqlanıb
12:45 01.09.2026
Ekologiya