“Dövlət üzərinə düşəni edir, vətəndaşlar da...” - Baş yazar
Banuçiçək Kalbalıyeva
14:41 07.07.2020
Cəmiyyət
694
“...Müəyyənləşdirilmiş qaydalara tam riayət etməlidir”
“Özümüzü, sevdiklərimizi qorumaq üçün karantin qaydalarına uymalıyıq”
Dünən dövlət başçısı İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib. Prezident çıxışında bir sıra vacib məsələlərə toxunub. Həmçinin mövcud qanunlar və karantin rejimi ilə bağlı tətbiq edilən qaydaların hər kəs üçün əsas olduğu vurğulayıb.
Ölkə lideri bildirib ki, pandemiyanın ilk dövrlərindən indiyə qədər dövlət bütün lazımi addımları atıb: “Statistikanın artan temp üzrə davam etməsinin əsas səbəbi və təqsirkarı isə məsuliyyətsiz vətəndaşlardır. Ona görə də bəzi hallarda karantin qaydalarını sərtləşdirmək zəruri olur”.
Məsələ ilə bağlı “Sherg.az”a danışan “Həftə içi” qəzetinin baş redaktoru Sevinc Seyidova qanunun aliliyinin hər kəs üçün keçərli olduğunu söyləyib:
“Bu gün Azərbaycan dövləti koronavirus təhlükəsinin qarşısının alınması üçün üzərinə düşən bütün vəzifələri icra edir. Dövlətin, demək olar, bütün resursları məhz bu işə cəlb edilib. Ölkədə sərt karantin rejimi hökm sürür. Dövlət başçısı səviyyəsində dəfələrlə bütün vətəndaşların bu qaydalara əməl etməsinin vacibliyi vurğulanıb və ən ali səviyyədə çağırışlar edilib. Lakin bəzi hallarda müəyyən vətəndaşlar tərəfindən biz bunun əksinin şahidi oluruq. İnsanlar özlərinin, yaxınlarının və ətrafındakı vətəndaşların sağlamlıqlarını risk altında qoyaraq ən adi qaydalara belə riayət etmirlər.
Belə halların qarşısının alınması üçün ən sərt cəza tədbirləri qəbul edilib. İctimaiyyət arasında tanınmış, sosial əhatəsi geniş olan şəxslərin bu qaydaları pozması hallarına da rast gəlinir. O zaman ictimai qınaq daha böyük olur. Lakin qaydaları pozanlar bir məqamı unudurlar ki, qanunlar və qadağalar hamı üçün eynidir. Heç kim qanundan üstün deyil”.
S.Seyidova insanları dövlət başçısından nümunə götürməyə çağırdı:
“Prezident özü belə, maskadan istifadə edərək digər vətəndaşlara örnək olur. Belə vəziyyətdə hər bir vətəndaş müəyyənləşdirilmiş qaydalara tam riayət etməlidir. Hətta son həftələrdə onlarca jurnalist həmkarımızın koranavirus pandemiyasına yoluxduğunun şahidi olduq. Artıq cəmiyyətimizin bütün təbəqələrindən pandemiyanın yoluxma əhatəsinə düşən insanlara rast gəlirik. Bu, heç kimin xəstəlikdən sığortalanmadığı deməkdir. Unutmamalıyıq ki, koronavirus pandemiyası tək Azərbaycanda yox, bütün dünyada yayılıb. Sərt karantin rejimləri hətta dünyanın ən inkişaf etmiş ölkələrində belə tətbiq edilir. Ona görə də, bu məsələdə vətəndaş məsuliyyəti anlayışı ortaya çıxır. Özümüzü, sevdiklərimizi qorumaq üçün karantin qaydalarına əməl etməliyik. Qapalı məkanlarda, ictimai nəqliyyatda maska taxmalı, sosial məsafə gözləməli, dezinfeksiyaedici vasitələrdən istifadə etməliyik.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:04 03.11.2026
Dünya
Zelenski Rusiya ilə telefon danışığı aparmaqdan imtina edib
18:42 03.11.2026
Dünya
Tramp: Xalq məndən yorulsa, İsrailə köçüb Baş nazir olacağam
18:23 03.11.2026
Gündəm
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
18:21 03.11.2026
Gündəm
Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib
18:09 03.11.2026
Gündəm
İbrahim Kalın gizli görüşdə baş nazirə sərt xəbərdarlıq etdi
17:28 03.11.2026
Gündəm
Avropa Parlamentinin sədri Paşinyana bürünc medal hədiyyə etdi
16:31 03.11.2026
Siyasət
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib - SƏRƏNCAM
16:23 03.11.2026
Gündəm
Avropaya raket atmaq İran üçün fəlakət olar - Politoloq
16:21 03.11.2026
Aktual
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
15:58 03.11.2026
Hadisə
Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi başlayıb
15:47 03.11.2026
Cəmiyyət