Dünya eyni gəmidədir: “Bu, insanlıq üçün bir sınaqdır”
Banuçiçək Kalbalıyeva
10:58 07.07.2020
Cəmiyyət
767
“O dövlətlər və adamlar bu prosesdən salamat çıxacaq ki, qaydalara çətin də olsa, əməl edəcək”
“Sosial izolyasiya elə bir məsələdir ki, o indi bizə hər şeydən çox vacibdir. Unutmayaq ki, artıq bu virus evimizin içinə yol alır”.
Bunu “Sherg.az”a sosial izolyasiya qaydalarına əməl edilməsi haqqında danışarkən tanınmış jurnalist Jalə Mütəllimova deyib. O, insanları məsuliyyətli və ehtiyatlı olmağa çağırıb:
“Yaxından tanıdığımız insanlar yoluxur, dünyasını dəyişir. Bu, həm də dövlətlərdən, super güclərdən asılı olmayan problemdir. Bu, insanlıq üçün bir sınaqdır. O dövlətlər və adamlar bu prosesdən salamat çıxacaq ki, qaydalara çətin də olsa, əməl edəcək. Hər kəsə eynilik prinsipi ilə münasibət göstəriləcək. İnsanlara bu mahiyyəti onların inandıqları simalar, KİV üzərindən izah edəcəklər. Ancaq bugünkü mənzərədə həm də onun şahidi oluruq ki, insanlar mövzunu lazımi qədər ciddiyə almır, məsuliyyətsizlik edirlər.
Söhbət təkcə sıravi vətəndaşdan getmir. Həm də ictimai yükü olan simalardan gedir. Dünən DİN-in məşhur otellərdən birində apardığı əməliyyatda bu özünü çox qabarıq göstərdi. Belə əməllərə yol vermək olmaz.
İnsanlar umu-küsüləri, siyasi ambisiyaları, tələbləri, qazanmaq həvəsini bir yana qoymalıdırlar. Hamılıqla bir olub, bu durumdan çıxmasaq, həm də dövlət olaraq siyasi gələcəyimizə təhlükə yaranacaq.
Odur ki, hər kəsi dövlətinin yanında olmağa, məsuliyyətli davranmağa çağırıram. Sosial izolyasiyanın qaydalarına əməl etmək labüddür. Təkcə Azərbaycan yox, bütün dünya eyni gəmidədir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:04 03.11.2026
Dünya
Zelenski Rusiya ilə telefon danışığı aparmaqdan imtina edib
18:42 03.11.2026
Dünya
Tramp: Xalq məndən yorulsa, İsrailə köçüb Baş nazir olacağam
18:23 03.11.2026
Gündəm
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
18:21 03.11.2026
Gündəm
Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib
18:09 03.11.2026
Gündəm
İbrahim Kalın gizli görüşdə baş nazirə sərt xəbərdarlıq etdi
17:28 03.11.2026
Gündəm
Avropa Parlamentinin sədri Paşinyana bürünc medal hədiyyə etdi
16:31 03.11.2026
Siyasət
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib - SƏRƏNCAM
16:23 03.11.2026
Gündəm
Avropaya raket atmaq İran üçün fəlakət olar - Politoloq
16:21 03.11.2026
Aktual
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
15:58 03.11.2026
Hadisə
Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi başlayıb
15:47 03.11.2026
Cəmiyyət