Əli Məsimli: "Azərbaycanda uçot dərəcəsi işləmir"
Əli Məsimli: "Azərbaycanda uçot dərəcəsi işləmir"
Yusif Nəzərli
08:30 07.06.2023
Cəmiyyət
350
"Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsindən beynəlxalq təcrübədə olduğu kimi inflyasiyaya qarşı rıçaq kimi istifadə etmək istəyirsə, açıq deyək ki, bizdə həmin mexanizm işləmir".
"Report" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deputat Əli Məsimli deyib.
"Əgər qiymət artımının qarşısını almaq üçün sərt monetar siyasətə keçiləcəksə, bu, ümumi daxili məhsulun (ÜDM) artımını 1,8 %-dən aşağı salacaq, əlavə ciddi problemlər yaradacaq. Heç Azərbaycanda inflyasiya tam olaraq monetar amillərlə bağlı deyil", - deyə o qeyd edib.
Bundan başqa, deputatın sözlərinə görə, bu il Azərbaycanda orta aylıq əməkhaqqının 10 % artacağı proqnozlaşdırılır, bu da o deməkdir ki, gözlənilən inflyasiya şəraitində insanların real gəlirlərində artım olmayacaq: "Əməkhaqlarının artırılması inflyasiyanı kompensasiya etməkdən o tərəfə getməyəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vərəmlə bağlı ictimai dinləmə keçiriləcək
14:25 17.09.2026
Sağlamlıq
Paşinyan rus dili kursuna gedir
13:06 17.09.2026
Region
Prezident və birinci xanım Şamaxı rayonuna səfər ediblər
13:05 17.09.2026
Gündəm
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
13:02 17.09.2026
Aktual
Tacir Şahmalıoğlu tanınmaz halda - Foto
11:55 17.09.2026
Şou
Rusiyada ayı giləmeyvə yığan iki kişini parçalayıb
11:37 17.09.2026
Hadisə
Putinlə Zelenski bir-birinə nifrət edir - Tramp
11:09 17.09.2026
Dünya
Bu il neçə üçəm doğulub?
10:57 17.09.2026
Cəmiyyət