Gəncə terrorunun şahidi: “Həlak olanlar hərbçilər yox, qadınlar, uşaqlar və...” – Dünya duysun!
Gəncə terrorunun şahidi: “Həlak olanlar hərbçilər yox, qadınlar, uşaqlar və...” – Dünya duysun!
Yusif Nəzərli
15:16 17.10.2022
Cəmiyyət
487
Bu gün İkinci Qarabağ müharibəsi dövründə Gəncə şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən 5-ci dəfə raket hücumuna məruz qalmasından iki il ötür.2020-ci ilin oktyabrın 17-də gecə saat 01 radələrində düşmən növbəti dəfə cəbhə zonasından kənarda yerləşən, Azərbaycanın ikinci böyük şəhərinin mərkəzindəki Cavadxan qəsəbəsini SCUD/Elbrus əməliyyat-taktiki ballistik raketləri ilə atəşə tutub.
Hücumu zamanı yaşayış evləri tamamilə dağılıb, sakinlər dağıntılar altında qalıb. Nəticədə 16 nəfər şəhid olub, 55-dən artıq şəxs yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib. Şəhid olanlar və xəsarət alanlar arasında azyaşlılar, qadınlar və qocalar da var.
Bu hadisənin erməni xislətinin bariz nümunəsi olduğunu deyən Missiya Media Qrupunun baş direktoru, tanınmış jurnalist Nicat Dağlar “Sherg.az”a bildirib ki, bir gəncəli kimi o da bu vəhşiliyin canlı şahidi olub:
“Həmin hadisələri bugünkü kimi xatırlayıram. Bu terrorun qurbanları arasında tanıdığım insanlar və ailələr də var. Təbii ki, Gəncə terroru, ermənilərin Azərbaycan xalqına qarşı nifrətinin ilk nümunəsi deyil. Onlar bizə qarşı müxtəlif vəhşiliklər və soyqırımıları törədiblər. Gəncə hadisələri zamanı da onların yeganə məqsədi dinc əhalini hədəfə almaq idi.
Çünki bu şəhər cəbhə xəttindən xeyli uzaqda yerləşir. Bu gün isə ermənilərin törətdiyi vəhşilikləri dünya və beynəlxalq arenaya göstərmək üçün müəyyən addımlar atılır. Eyni zamanda ictimai fəallar, QHT-lər və media resursları da üzərlərinə düşəni etməyə çalışırlar.
Xarici qonaqlara hadisənin çatdırılması və beynəlxalq qurumlara ünvanlanan məktublar da bizə lazım olan məqsədə xidmət edir. Təəsüf ki, bu gün də dünya öz ənənəvi prinsiplərindən əl çəkmir və bizə qarşı qərəzli mövqeyi davam etdirir.
Onlar Ukrynada sərgilədikləri mövqenin yarısı qədər belə Gəncə terroruna münasibət bildirmədilər. Amma unudulmamalıdır ki, Gəncədə həlak olanlar hərbçilər yox, məhz qadınlar, uşaqlar və dinc sakinlər idi”.
Həmkarımız vurğulayıb ki, bu hadisələrin dünyaya çatdırılması ilə bağlı səylərimizi 2 qat artırmalıyıq:
“Bu günə qədər edilənlərlə kifayətlənmək olmaz. Biz dünyanın münasibətini nəzərə alaraq, hərəkətlərimizi planlaşdırmalıyıq. Belə hadisələri beynəlxalq arenaya çıxarmaq üçün müxtəlif yollar var. Bunlardan biri də bədii üsuldur ki, burada filmlərin xüsusi rolunu qeyd etmək olar. Gəncə terrorunun və digər erməni vəhşiliklərini film halına gətirərək kino festivallarına çıxarmaq çox gözəl təşəbbüs olardı.
Bununla da biz 2-ci Qarabağ müharibəsindəki gerçəkləri ortaya çıxarmış olacağıq. Digər tərəfdən bu terrorun qurbanlarının xatirəsinə abidə ucaltmaq da olar ki, bununla bu hadisə heç vaxt unudulmasın və gələn qonaqlar öz gözləri görsünlər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İrəvanda atışma olub, xəsarət alan var
19:34 02.10.2026
Cənubi Qafqaz
Tramp Avropa ilə dizel razılaşmasının əldə olunduğunu açıqladı
19:07 02.10.2026
Gündəm
DOST Agentliyinin Müşahidə Şurası növbəti iclasını keçirib
18:58 02.10.2026
Sosial
"Fənərbaxça" Bakıya gəlib
18:38 02.10.2026
Futbol
Siyasətdə emosiyalara yer yoxdur - Prezident
17:26 02.10.2026
Gündəm
YAP-ın Nizamnaməsində dəyişikliklər edildi
17:18 02.10.2026
Siyasət
Azərbaycan əsgəri Ermənistanda həbs edildi
17:05 02.10.2026
Hərbi
Messi vida oyunu üçün Argentinaya yollandı
16:47 02.10.2026
Futbol
Azərbaycanda 9 ayda 105 uşaq övladlığa verilib - STATİSTİKA
16:23 02.10.2026
Sosial
Türkiyə daxili işlər naziri: Qarabağ kimi Qüds də azad olacaq
16:17 02.10.2026
Dünya
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı keçirilib - YENİLƏNİB
16:05 02.10.2026
Gündəm
YAP Təftiş Komissiyasının yeni tərkibi müəyyənləşib
16:03 02.10.2026
Siyasət