Həyatdan qopmayın!
Yusif Nəzərli
15:15 14.10.2022
Cəmiyyət
804
“İntihar edən qadın ürəyindəki ağrını soyuda bilməyib”
“Belə psixoloji durumda olan şəxslərə ailədən göstərilən dəstək az da olsa onlara təsəlli ola bilər”
Həyat yoldaşı qəzada ölən 34 yaşlı qadın Umudova Nahidə Sadiq qızı intihar edib.
Hadisə Bakının Kürdəxanı qəsəbəsində baş verib. U.Nahidə özünü yaşadığı evin həyətindəki qaz borusundan asıb.
Onun meyitini bacısı və qonşusu aşkar ediblər. N.Umudova intihardan əvvəl mərhum ərinin telefonuna “Mən sənsiz qala bilmərəm” sözlərini yazıb. Cütlük 18 il evli olub. 16 il sonra isə oğul övladları dünyaya gəlib.
Qadının bu addımı əksər sosial media istifadəçisi tərəfindən qınanılıb. Onun hər şeyə rəğmən öz azyaşlı övaldını tək qoymamalı olduğuna dair fikirlər səsləndirilib.
Hadisə ilə bağlı “Sherg.az”a danışan psixoloq Azad İsazadənin sözlərinə görə, intihar edən şəxs bu həyatdan o qədər inciyir ki, həmin anda onun gözünə heç nə görünmür:
“Fərd yaşamağa heç bir səbəb tapa bilmir. Belə psixoloji durumda olan adam ondan geriyə qalacaq uşağının həyatını düşünə bilməz.
Bu pataloji bir məntiqdir. O hesab edir ki, övladı onsuz yaşamağa öyrəşəcək. Normal düşüncə olmasa da, həmin anda şəxsin gördüyü yeganə çıxış yolu budur.
Görünən odur ki, intihar edən qadın ürəyində yaranan ağrını başqa cür soyuda bilməyib və həyatdan qopub.
Belə psixoloji durumda olan şəxslərə ailədən göstərilən dəstək az da olsa onlara təsəlli ola bilər və gələcəkdə baş verə biləcək bədbəxt halların qarşısı alınar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Nazirliklə "Veysəloğlu" arasında memorandum imzalanacaq
14:28 02.09.2026
Ölkə
DİN: Dövlət qurumlarının adından edilən zənglərə aldanmayın!
14:06 02.09.2026
Aktual
Prezident İlham Əliyev Çin Baş prokurorunu qəbul edib
14:03 02.09.2026
Gündəm
ABŞ-ın İrana son hücumunda SEPAH-ın 4 əməkdaşı ölüb
13:07 02.09.2026
Gündəm
Şimali Kipr sahillərində batan gəminin qalıqları tapılıb
12:58 02.09.2026
Hadisə
Türkiyə aviaşirkətləri Moskvaya uçuşları ləğv edir
12:38 02.09.2026
Hadisə
Yasamalda skuterdən yıxılan 57 yaşlı kişi ölüb
12:35 02.09.2026
Hadisə
Cinayətdə şübhəli bilinən 46 nəfər saxlanıldı
11:43 02.09.2026
Hadisə
1,2 milyon manatlıq körpü açılışda çökdü - VİDEO
11:35 02.09.2026
Hadisə
Daha üç vəzifəliyə hökm oxundu - Biri Mikayılovun uşaqlıq dostudur
11:13 02.09.2026
Hadisə
Rusiya ilə Ermənistan arasında yükdaşımalar kəskin artıb
11:11 02.09.2026
Region
Bəzi tələbələrə 2000 manat MÜKAFAT VERİLƏCƏK - FOTO
11:11 02.09.2026
Elm və Təhsil
Mal əti bahalaşdı
11:05 02.09.2026
İqtisadiyyat
Axtarışda оlan 317 nəfər sərhəddə saxlanılıb
11:02 02.09.2026
Hadisə