Heydər Əliyev Beynəlxalq Aeroportu növbəti dəfə nüfuzlu “Skytrax” mükafatına layiq görülüb - FOTO
Heydər Əliyev Beynəlxalq Aeroportu növbəti dəfə nüfuzlu “Skytrax” mükafatına layiq görülüb - FOTO
Yusif Nəzərli
07:13 16.03.2023
Cəmiyyət
573
Heydər Əliyev Beynəlxalq Aeroportu ən nüfuzlu sənaye mükafatlarından biri olan “Skytrax World Airport Awards 2023” mükafatının iki nominasiyasında qalib gəlib.
Mükafatlandırma mərasimi martın 15-də Amsterdamda EXPO sərnişin terminalında baş tutub.
Bakı hava limanı “World Airport Awards 2023” mükafatına görə “Mərkəzi Asiya/MDB üzrə ən yaxşı regional hava limanı” kimi tanınıb. O, həmçinin ardıcıl olaraq ikinci dəfə “Mərkəzi Asiya və MDB üzrə ən yaxşı hava limanı heyəti” nominasiyasında qalib olub.
“Bu gün nüfuzlu “Skytrax” mükafatının iki nominasiyasında qalib gələrək yüksək statusunu növbəti dəfə təsdiqləyən hava limanımızla bir daha qürur duyuruq. Bu əlamətdar tanınma hamımız üçün böyük şərəfdir. Azərbaycan Prezidenti İlham Əliyevin bilavasitə diqqəti və daimi qayğısı sayəsində ölkənin mülki aviasiyası sürətlə inkişaf edir və beynəlxalq aləmdə yeni böyük nailiyyətlər əldə edir. Bakı aeroportu bundan sonra da bütün dünya standartlarına cavab verən yüksək keyfiyyətli xidmətlər göstərməyə davam edəcək", - deyə AZAL-ın prezidenti Cahangir Əsgərov bildirib.
“World Airport Awards” dünya hava limanı sənayesində ən nüfuzlu mükafatdır. Tədqiqat hava limanında sərnişinlərə xidmətin keyfiyyətini və əsas göstəricilərin - qeydiyyat, gəliş, tranzit, alış-veriş, təhlükəsizlik/qapıda pasport nəzarətinin səmərəliliyini qiymətləndirir.
Bakı aeroportu Azərbaycan aviaşirkətləri üçün baza hava limanıdır, sərnişinlərə və aviaşirkətlərə dünyanın ən ciddi tələb və standartlarına cavab verən xidmət göstərmək üçün tam infrastruktura malikdir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan: Regionumuzda yeni münaqişə istəmirik
21:06 26.10.2026
Gündəm
Hizbullah İsrailə qarşı İrandan on milyonlarla dollar alıb
20:42 26.10.2026
Aktual
Dövlət müəssisələri ilə bağlı vacib qərar
20:10 26.10.2026
Ölkə
Millimiz Haitiyə böyük hesabla uduzdu
19:53 26.10.2026
Futbol
Azərbaycan Avropanın yeni bazarlara çıxışının açarıdır - RƏY
19:37 26.10.2026
Gündəm
Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək
19:31 26.10.2026
Region
Ermənistanın ilk prezidenti tibbi müayinədən keçib
19:25 26.10.2026
Gündəm
Paşinyan: Ermənistanda yeni müxalifət formalaşmalıdır
19:18 26.10.2026
Cənubi Qafqaz
Misir parlamenti Səudiyyə Ərəbistanına hərbi dəstəyi təsdiqləyib
19:10 26.10.2026
Dünya
Ceyhunun qətlinə görə daha iki nəfər barədə qərar
19:02 26.10.2026
Hadisə
İsrail 27 oktyabr seçkilərinə qədər İrana hücum etməyəcək
18:56 26.10.2026
Siyasət
Ceyhun Bayramov İƏT-in Baş katibi ilə görüşüb
18:49 26.10.2026
Siyasət
Ceyhunun qətlinə görə daha iki nəfər həbs ediləcək
17:29 26.10.2026
Hadisə
Bakıda dəhşətli qəza: Tanınmış şairənin həyat yoldaşı öldü
17:27 26.10.2026
Hadisə