İndi çox adamda əvvəlki həvəs qalmayıb
Yusif Nəzərli
20:22 14.03.2023
Cəmiyyət
608
Jalə Həsənli: “Amma uşaqlara bu bayram sevincini çox görməyək”
İlaxır çərşənbədə həmkarımız Jalə Həsənlinin sosial şəbəkədəki paylaşımı diqqətimizi çəkdi. Xalqımıza ilk qələbə xəbərini İTV efirindən göz yaşlarıyla çatdıran Jalə xanımın səmimi, içdən gələn bayram təbrikini oxucularımızla bölüşmək qərarına gəldik:
- Torpaq yurddur, torpaq müqəddəsdir, torpaq uğrunda can verən oğulların uyuduğu Vətəndir! Torpaq qoynuna əmanət etdiyim anamdır, atamdır… Torpaq qədrini bildiyin zaman ruzidir, bərəkətdir. Novruz bayramının özündən də çox sevdiyim, sehirli çərşənbəm olub İlaxır çərşənbə. Həvəslə axşamın düşməyini gözləyər, məhəllə dostlarımızla qonşularımıza papaq atar, qapı pusar, su falına çıxardıq. Axşamüstü, təxminən saat 5-6 arası bütün bloku plov ətri bürüyərdi. Hamının evindən o ətir gəlsin deyə, hər kəs imkansıza əl tutardı. Üzərinə dostumuzun adını naxış vurduğumuz şəkərburaları dostlarımıza hədiyyə edərdik. Məhəllələr arasında rəqabət tonqalın hündürlüyünə görə olardı. Bizim məhəllə ən sonda ocağını qalayar və ətrafına hər kəsi toplayardı. Mahnılar səsləndirilər, gənclər gözəl rəqslər edərdi. Onda bayramlar gözəl keçərdi. Uşaq idik. Heç nəyin fərqində deyildik. Tək dərdimiz uşaqlara qoşulub, daha çox əylənmək idi. O vaxt Məmmədbağır Bağırzadə “Süfrələrə şam düzün, qoy arzular çin olsun” deyərdi. Biz də həvəslə xonçaya ev sakinlərinin sayına uyğun şam düzərdik. Belə bir inanc da var idi ki, kimin şamı daha gec sönsə, o daha uzunömürlü olacaq. Anamın şamının daha gec sönməsi üçün dua edərdim… İndi bayram həvəsi qalıbmı? Şəhərə baxanda görürsən ki, çox adamda əvvəlki həvəs qalmayıb. Amma uşaqlara bu bayram sevincini çox görməyək. Onlar gülsün, onlar əylənsin. İcazə verək, onların da gələcəkdə danışa biləcəyi xatirələri formalaşsın…
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xarkov raketlə vuruldu: ölənlər var
22:15 26.10.2026
Son dəqiqə
Təhlükəsizliklə bağlı Türkiyə ilə danışıqlar aparırıq - Rusiya
21:27 26.10.2026
Region
Ərdoğan: Regionumuzda yeni münaqişə istəmirik
21:06 26.10.2026
Gündəm
Hizbullah İsrailə qarşı İrandan on milyonlarla dollar alıb
20:42 26.10.2026
Aktual
Dövlət müəssisələri ilə bağlı vacib qərar
20:10 26.10.2026
Ölkə
Millimiz Haitiyə böyük hesabla uduzdu
19:53 26.10.2026
Futbol
Azərbaycan Avropanın yeni bazarlara çıxışının açarıdır - RƏY
19:37 26.10.2026
Gündəm
Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək
19:31 26.10.2026
Region
Ermənistanın ilk prezidenti tibbi müayinədən keçib
19:25 26.10.2026
Gündəm
Paşinyan: Ermənistanda yeni müxalifət formalaşmalıdır
19:18 26.10.2026
Cənubi Qafqaz
Misir parlamenti Səudiyyə Ərəbistanına hərbi dəstəyi təsdiqləyib
19:10 26.10.2026
Dünya
Ceyhunun qətlinə görə daha iki nəfər barədə qərar
19:02 26.10.2026
Hadisə
İsrail 27 oktyabr seçkilərinə qədər İrana hücum etməyəcək
18:56 26.10.2026
Siyasət
Ceyhun Bayramov İƏT-in Baş katibi ilə görüşüb
18:49 26.10.2026
Siyasət