Korrupsiyaya qarşı mübarizəyə dair tədbir keçirilib - FOTO
Yusif Nəzərli
09:42 16.03.2023
Cəmiyyət
522
Dövlət qurumları və özəl sektorun təmsilçilərinin iştirakı ilə keçirilmiş tədbirdə “İSO 37001:2016 Korrupsiyaya qarşı mübarizə idarəetmə sistemi” barədə iştirakçılar məlumatlandırılıb, bu yöndə müzakirə aparılıb.
“Bakı KOB evi”ndə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), ölkəmizdə inspeksiya və sertifikatlaşdırma sahəsində fəaliyyət göstərən “SGS Azərbaycan” şirkəti, Azərbaycan Standartlaşdırma İnstitutu və “Caspian Energy Club”ın təşkilatçılığı ilə “İSO 37001:2016 Korrupsiyaya qarşı mübarizə idarəetmə sistemi”nə dair tədbir keçirilib.
Müvafiq dövlət qurumlarının və sahibkarların iştirakı ilə keçirilmiş tədbirin məqsədi iştirakçıları korrupsiyaya qarşı mübarizə sahəsində “İSO 37001:2016” beynəlxalq standartının tətbiqi imkanları və sertifikatlaşdırma prosesi haqqında məlumatlandırmaq olub.
Tədbirdəki çıxışlarında Azərbaycan Respublikası Baş Prokurorunun müavini, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Nazim Rəcəbov, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, KOBİA yanında İctimai Şuranın üzvü, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası İctimai Birliyinin İdarə Heyətinin sədri Elvin Balacanov müvafiq olaraq ölkəmizdə korrupsiya hallarına qarşı mübarizə və qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlər, dövlət qurumları tərəfindən vətəndaşlara, o cümlədən sahibkarlara göstərilən xidmətlərin rəqəmsallaşdırılması, korrupsiya risklərinə qarşı effektiv idarəçilik, “İSO 37001:2016” beynəlxalq standartın tətbiqi məsələləri barədə məlumat veriblər.
“SGS Azərbaycan” şirkətinin direktoru Seymur Ağayev şirkətin fəaliyyəti, inspeksiya və təftiş, sertifikatlaşdırma sahəsində fəaliyyət və beynəlxalq təcrübə barədə danışıb. Azərbaycan Standartlaşdırma İnstitutunun baş direktorunun müavini Kəmalə Məmmədzadə “Azərbaycanda AZS İSO 37001 standartının tətbiqi perspektivləri”, “SGS Azərbaycan” şirkətinin baş auditoru Asif Əmirsultanov “İSO 37001:2016 standartının əsas tələbləri və praktiki tətbiqi”, şirkətin şöbə müdiri Nigar Əliyeva isə “İSO 37001:2016 sertifikatlaşdırma prosesi” barədə təqdimatlarla çıxış edib, iştirakçıları maraqlandıran sualları cavablandırıblar.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan: Regionumuzda yeni münaqişə istəmirik
21:06 26.10.2026
Gündəm
Hizbullah İsrailə qarşı İrandan on milyonlarla dollar alıb
20:42 26.10.2026
Aktual
Dövlət müəssisələri ilə bağlı vacib qərar
20:10 26.10.2026
Ölkə
Millimiz Haitiyə böyük hesabla uduzdu
19:53 26.10.2026
Futbol
Azərbaycan Avropanın yeni bazarlara çıxışının açarıdır - RƏY
19:37 26.10.2026
Gündəm
Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək
19:31 26.10.2026
Region
Ermənistanın ilk prezidenti tibbi müayinədən keçib
19:25 26.10.2026
Gündəm
Paşinyan: Ermənistanda yeni müxalifət formalaşmalıdır
19:18 26.10.2026
Cənubi Qafqaz
Misir parlamenti Səudiyyə Ərəbistanına hərbi dəstəyi təsdiqləyib
19:10 26.10.2026
Dünya
Ceyhunun qətlinə görə daha iki nəfər barədə qərar
19:02 26.10.2026
Hadisə
İsrail 27 oktyabr seçkilərinə qədər İrana hücum etməyəcək
18:56 26.10.2026
Siyasət
Ceyhun Bayramov İƏT-in Baş katibi ilə görüşüb
18:49 26.10.2026
Siyasət
Ceyhunun qətlinə görə daha iki nəfər həbs ediləcək
17:29 26.10.2026
Hadisə
Bakıda dəhşətli qəza: Tanınmış şairənin həyat yoldaşı öldü
17:27 26.10.2026
Hadisə