
Kürün səviyyəsi 1,6 m aşağı düşüb - FOTO
Yusif Nəzərli
10:45 16.03.2023
Cəmiyyət
595
Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin əməkdaşları coğrafiya üzrə fəlsəfə doktorları, dosentlər Mirnuh İsmayılov, Səidə Zeynalova və Gülnar Hacıyeva, eləcə də k.e.i. Aminə Muradova Salyan və Neftçala rayonlarında çöl tədqiqatında olublar.
AMEA-dan Bakupost.az -a verilən xəbərə görə, martın 10-dan 14-dək aparılan landşaft-ekoloji monitorinq və elmi tədqiqatın məqsədi Azərbaycanın Aran regionunda şirin su qıtlığının təbii və antropogen ekosistemlərdə yaratdığı ekoloji vəziyyətin tədqiqi olub.

Alimlər aran regionunun digər ərazilərinə nisbətən Kür çayının Salyan və Neftçala rayonları ərazisindən keçən hissəsində şirin su qıtlığının daha kəskin vəziyyət aldığını müşahidə ediblər. Kür çayı quruyub, yatağında axımı olmayan kiçik gölməçələr qalıb. Çay yatağında davamlı bitki örtüyünə malik landşaftlar geniş sahədə quruyub, takırabənzər yataq əmələ gəlib. Kürün dənizə açıldığı yerdə süni bəndin tikilməsi ilə çay və dəniz ekosistemləri arasında mübadilə tamamilə dayanıb. Bu hissədə Kür suyunun səviyyəsi dənizdən 1,6 m aşağı düşüb.
Yay aylarında bu su ekosisteminin xəstəlik mənbəyinə çevriləcəyini ehtimal edən mütəxəssislər əhalinin su ilə tam təmin oluna bilməyəcəyini, habelə əkin sahələrinin suvarılmasında ciddi problemlər yaranacağını diqqətə çatdırıblar.
Mütəxəssislər problemin səbəbləri, şirin su ekosistemlərinin idarə olunması və buna qarşı mübarizə tədbirləri istiqamətində əldə etdikləri materialların təhlilinə dair işləri davam etdirirlər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan: Regionumuzda yeni münaqişə istəmirik
21:06 26.10.2026
Gündəm
Hizbullah İsrailə qarşı İrandan on milyonlarla dollar alıb
20:42 26.10.2026
Aktual
Dövlət müəssisələri ilə bağlı vacib qərar
20:10 26.10.2026
Ölkə
Millimiz Haitiyə böyük hesabla uduzdu
19:53 26.10.2026
Futbol
Azərbaycan Avropanın yeni bazarlara çıxışının açarıdır - RƏY
19:37 26.10.2026
Gündəm
Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək
19:31 26.10.2026
Region
Ermənistanın ilk prezidenti tibbi müayinədən keçib
19:25 26.10.2026
Gündəm
Paşinyan: Ermənistanda yeni müxalifət formalaşmalıdır
19:18 26.10.2026
Cənubi Qafqaz
Misir parlamenti Səudiyyə Ərəbistanına hərbi dəstəyi təsdiqləyib
19:10 26.10.2026
Dünya
Ceyhunun qətlinə görə daha iki nəfər barədə qərar
19:02 26.10.2026
Hadisə
İsrail 27 oktyabr seçkilərinə qədər İrana hücum etməyəcək
18:56 26.10.2026
Siyasət
Ceyhun Bayramov İƏT-in Baş katibi ilə görüşüb
18:49 26.10.2026
Siyasət
Ceyhunun qətlinə görə daha iki nəfər həbs ediləcək
17:29 26.10.2026
Hadisə
Bakıda dəhşətli qəza: Tanınmış şairənin həyat yoldaşı öldü
17:27 26.10.2026
Hadisə