Türkiyədə aparılan araşdırmaya görə, müəllimlərin 89,4 faizi çalışdıqları məktəbdə həmyaşıd zorakılığı ilə qarşılaşıb.
Sherg.az xəbər verir ki, Türk Təhsil-Sen tərəfindən 2 296 müəllimin iştirakı ilə aparılan araşdırmada məktəblərdə zorakılıq, kiberzorakılıq və cinayətə sürüklənən uşaqlarla bağlı müəllimlərin fikirləri öyrənilib.
Araşdırmaya əsasən, müəllimlərin 65,2 faizi məktəbdə həmyaşıd zorakılığına şahid olduğunu, 24,2 faizi isə bununla qismən qarşılaşdığını bildirib. Zorakılığın ən çox məktəb həyətində müşahidə edildiyi qeyd olunub.
Müəllimlərin 91,3 faizi risk qrupundakı şagirdlərə mütəmadi psixoloji dəstək göstərilməsini, 90,5 faizi isə həmyaşıd zorakılığının qarşısının alınması üzrə təlimlərin artırılmasını istəyib.