Qazaxıstanın Türkistan vilayətində Heydər Əliyevin 100 illiyinə həsr edilmiş tədbir keçirilib - FOTO
Yusif Nəzərli
13:14 16.03.2023
Cəmiyyət
605
Martın 15-də Qazaxıstanın Türkistan vilayətində “Heydər Əliyev ili” çərçivəsində tədbir keçirilib.
Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Türkistan Vilayəti “Qarabağ” Azərbaycan Etnomədəni Birliyinin təşkilatçılığı ilə Sayram rayonunun Karasu kəndində baş tutan tədbirdən öncə açıq havada milli folklorumuza və adət-ənənələrimizə aid maddi-mədəniyyət nümunələri sərgilənib.
Birliyin sədri Ramilə Mustafayeva tədbiri açıq elan edib və tədbir iştirakçılarına Heydər Əliyevin rəhbərliyi ilə diaspor quruculuğu sahəsində əldə edilən nailiyyətlər, ulu öndərin Qazaxıstan-Azərbaycan münasibətlərinin inkişafına verdiyi böyük töhfələr barədə məlumat verib.
Yerli ictimaiyyət və hakimiyyət orqanları nümayəndələrinin iştirak etdiyi tədbirdə türk xalqlarının birliyinə nail olmaq məqsədilə Heydər Əliyevin uzaqgörən addımlar atdığı bildirilib. Bununla yanaşı, qazax və Azərbaycan xalqları arasında dostuq və qardaşlıq münasibətlərinin, eləcə də ortaq milli-mənəvi dəyərlərin yaşadılmasının önəmindən danışılıb.
Tədbirdə həmçinin diaspor təşkilatının rəhbəri Natiq İbrahimov və digər icma rəhbərləri də çıxış ediblər.
Tədbirin bədii hissəsində qazax, Azərbaycan, uyğur rəqsləri ifa olunub, eləcə də Analar Şurasının sədri və üzvləri tərəfindən qazax dilində mahnılar oxunub və bu dildə “Qarabağ” marşı səsləndirilib.
Tədbirin sonunda Qarabağ məktəbinin şagirdləri arasında keçirilən rəsm və inşa müsabiqəsinin qaliblərinə hədiyyələr verilib.
Tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin Qazaxıstana ezam olunan əməkdaşları da iştirak ediblər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan: Regionumuzda yeni münaqişə istəmirik
21:06 26.10.2026
Gündəm
Hizbullah İsrailə qarşı İrandan on milyonlarla dollar alıb
20:42 26.10.2026
Aktual
Dövlət müəssisələri ilə bağlı vacib qərar
20:10 26.10.2026
Ölkə
Millimiz Haitiyə böyük hesabla uduzdu
19:53 26.10.2026
Futbol
Azərbaycan Avropanın yeni bazarlara çıxışının açarıdır - RƏY
19:37 26.10.2026
Gündəm
Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək
19:31 26.10.2026
Region
Ermənistanın ilk prezidenti tibbi müayinədən keçib
19:25 26.10.2026
Gündəm
Paşinyan: Ermənistanda yeni müxalifət formalaşmalıdır
19:18 26.10.2026
Cənubi Qafqaz
Misir parlamenti Səudiyyə Ərəbistanına hərbi dəstəyi təsdiqləyib
19:10 26.10.2026
Dünya
Ceyhunun qətlinə görə daha iki nəfər barədə qərar
19:02 26.10.2026
Hadisə
İsrail 27 oktyabr seçkilərinə qədər İrana hücum etməyəcək
18:56 26.10.2026
Siyasət
Ceyhun Bayramov İƏT-in Baş katibi ilə görüşüb
18:49 26.10.2026
Siyasət
Ceyhunun qətlinə görə daha iki nəfər həbs ediləcək
17:29 26.10.2026
Hadisə
Bakıda dəhşətli qəza: Tanınmış şairənin həyat yoldaşı öldü
17:27 26.10.2026
Hadisə