Qərbi Azərbaycan İcmasının yeni loqosunun təqdimatı olub
Qərbi Azərbaycan İcmasının yeni loqosunun təqdimatı olub
Yusif Nəzərli
09:28 07.06.2023
Cəmiyyət
357
Qərbi Azərbaycan İcmasının yeni loqosu ictimaiyyətə təqdim edilib.
“Report”un xəbərinə görə, təqdimat mərasimi ilə bağlı keçirilən mətbuat konfransında icmanın sədri, millət vəkili Əziz Ələkbərli media nümayəndələrinə loqo barədə məlumat verərək bildirib ki, loqonun tərtibatında İrəvan xanlığının bayrağında yer alan günəş və Azərbaycan dövlətinin rəmzlərindən biri olan səkkiz guşəli ulduz bir-biri ilə sintez edilərək Azərbaycan bayrağının rənglərində təcəssüm olunub. Üçbucaq şəklində olan hər bir ikon öz evlərindən deportasiya olunmuş qərbi azərbaycanlıları təmsil etməkdədir. İkonların üçkünc olması rəmzi olaraq öz ata-baba yurdlarına qayıtmaq istəyi ilə yaşayan soydaşlarımızın evlərinə doğru olan istiqamətini ifadə etməkdədir. Üçbucaq ikonların dairə şəklində birləşməklə yaratdığı birlik Qərbi Azərbaycan İcmasını təmsil edir.
Mətbuat konfransında loqonun tərtibatçısı, Türkiyədə yaşayan tanınmış azərbaycanlı dizayner Adəm Yunisovun onlayn çıxışı dinlənilib. Adəm Yunisov məhz onun dizayn etdiyi loqonun seçilməsindən məmnunluğunu ifadə edərək İcmaya uğurlar diləyib.
Qeyd edək ki, Adəm Yunisov 1978-ci ildə Azərbaycanda doğulub. Ali təhsilini Ankarada Haccetepe Universiteti Kompüter mühəndisliyi bölümündə alıb. Türkiyədə şirkət yaradan dizayner öz layihələri, qazandıqları uğurlarla müxtəlif ölkələrdə tanınır.
Adəm Yunisov ilk dəfə öz vətənində Bakıda keçirilən Birinci Avropa Oyunlarının loqosunun müəllifi kimi məşhurlaşıb.
Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş loqotip də onun əl işidir.
Adəm Yunisov həmçinin Türk Dövlətləri Təşkilatının ali ordeni olan “Türk Dünyasının Ali Ordeni”nin dizayn müəllifidir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vərəmlə bağlı ictimai dinləmə keçiriləcək
14:25 17.09.2026
Sağlamlıq
Paşinyan rus dili kursuna gedir
13:06 17.09.2026
Region
Prezident və birinci xanım Şamaxı rayonuna səfər ediblər
13:05 17.09.2026
Gündəm
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
13:02 17.09.2026
Aktual
Tacir Şahmalıoğlu tanınmaz halda - Foto
11:55 17.09.2026
Şou
Rusiyada ayı giləmeyvə yığan iki kişini parçalayıb
11:37 17.09.2026
Hadisə
Putinlə Zelenski bir-birinə nifrət edir - Tramp
11:09 17.09.2026
Dünya
Bu il neçə üçəm doğulub?
10:57 17.09.2026
Cəmiyyət