Qəzalar zamanı ölüm hallarının sayı azalacaq
Yusif Nəzərli
09:44 28.03.2023
Cəmiyyət
532
Sürət həddinin aşağı endirilməsi barədə qərar doğru addımdır
Amma bundan sonra cərimələrin sayının artması gözləniləndir
Bakının əsas prospektlərindən sayılan Heydər Əliyev prospektində sürət həddi endirilib. Sürət yolun 110 km/saatlıq hissəsində 90 km/saat, 90 km/saatlıq hissədə isə 70 km/saat olaraq dəyişdirilib.
Qeyd edək ki, bir neçə gün öncə Bakı Nəqliyyat Agentliyinin sədri Vüsal Kərimli paytaxt ərazisində yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə 14 yolda sürət hədlərinin endirilməsi ilə bağlı təkliflər hazırlandığını açıqlamışdı.
Heydər Əliyev prospektindən sonra mərhələli şəkildə digər küçə və prospektlərdə də sürət həddinin endirilməsinə dair müvafiq yol nişanları quraşdırılması nəzərdə tutulub.
BNA-dan isə bildirilib ki, sözügedən yol sahələrində mərhələli şəkildə müvafiq yol nişanları quraşdırılmasına başlanılıb.
Maksimum sürət həddini göstərən yol nişanları ilk olaraq Heydər Əliyev prospekti, Mərdəkan şosesi-Zuğulba yolu, Mikayıl Əliyev prospekti və Bibiheybət yollarında quraşdırılır.
Vətəndaşlar isə bu qərarı bir o qədər də xoş qarşılamayıb. Hesab edirlər ki, sürət həddinin azaldılması tıxaclara səbəb olacaq.
Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərovun “Şərq”ə açıqlamasına görə, Bakı şəhərinin əsas prospektlərində sürət həddinin aşağı salınması cəmiyyətdə problem yaratmamalıdır. Ancaq bu cür dəyişikliklərdən əvvəl mütləq ictimaiyyətin rəyi öyrənilməlidir: “Bakı şəhərində baş verən qəzaların əsas səbəbi yol hərəkəti qaydalarının bilərəkdən pozulması, əsasən də sürət həddinin aşılmasıdır. Odur ki, şəhərin bir sıra prospekt və küçələrində sürət həddinin aşağı endirilməsi barədə qərarı müsbət hesab edirəm. Bu dəyişiklikdən sonra yol-nəqliyyat hadisələrinin sayı azalmasa da, qəza zamanı ölüm hallarının sayı azalacaq. Eyni zamanda bu, piyadaların, velosipedçilərin və moped sürücülərinin təhlükəsizliyini təmin edəcək”.
E.Cəfərovun sözlərinə görə, paytaxtda tıxacların yaranması sürət həddinin aşağı olması ilə yox, qeyri-stabil olması ilə əlaqəlidir: “Heydər Əliyev prospektində tıxaclar olmur. Sürət həddinin endirilməsindən sonra da tıxac olacağını zənn etmirəm.
Amma sürət həddinin aşılmasına görə cərimələrin sayının artması gözləniləndir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ona “niyə evlənmirsən” sualını verən qonşusunu öldürdü
02:57 22.09.2026
Maraqlı
ABŞ-da iki böyük hava limanında uçuşlar dayandırıldı
01:02 22.09.2026
Dünya
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual