Ramin Məmmədov erməni deputatlara cavab verdi - VİDEO
Yusif Nəzərli
08:12 17.10.2022
Cəmiyyət
515
Oktyabrın 11-15 tarixlərində Ruandanın paytaxtı Kiqali şəhərində Parlamentlərarası İttifaqın 145-ci Assambleyası keçirilib. Assambleyanın işi çərçivəsində müxtəlif mövzularda panel iclasları keçirilib, eyni zamanda, dayanıqlı inkişaf kontekstində qarşıda duran vəzifələr, qadın və gənclərin inkişafı üçün yaradılmış şəraitlər haqqında müzakirələr aparılıb.
Assambleyada iştirak edən Ermənistan parlamentinin üzvləri Azərbaycana qarşı əsassız ittihamlar irəli sürüb, qaçqın böhranı, sülhə təhdidlər kimi mövzularda böhtan xarakterli çıxışlar ediblər.
Milli Məclisin deputatı Ramin Məmmədov öz çıxışında erməni deputatlara cavab olaraq bildirib ki, sülh müqaviləsi üzrə danışıqların getdiyi həssas bir dövrdə Ermənistanın delimitasiya olunmayan ərazilərdə törətdiyi təxribatlar ümumi prosesə ciddi zərər vurur.
R.Məmmədov erməni deputatların iştirakçıları yanlış məlumatlandırma cəhdini qınayaraq Ermənistanın öhdəliklərini yerinə yetirmədiyinə dair faktları diqqətə çatdırıb. Vurğulayıb ki, 30 ilə yaxın müddət ərzində torpaqlarımızı işğal altında saxlayan Ermənistanın bu gün beynəlxalq hüququn norma və prinsipləri haqqında danışmağa haqqı yoxdur.
20 faiz ərazisi işğal altında olduğu dövrdə Azərbaycan bütün çətinliklərə baxmayaraq, dayanıqlı inkişaf məqsədlərinə uyğun olaraq ciddi nailiyyətlər əldə edib. Müxtəlif sahələri əhatə edən islahatlar və yeni inkişaf konsepsiyasının həyata keçirilməsi nəticəsində Azərbaycan BMT-nin “Dayanıqlı İnkişaf Hesabatı - 2022” sənədində 165 ölkə arasında 50-ci yerə layiq görülüb. Perspektiv baxımından önəmli olan Milli prioritetlərin təyin olunması və müvafiq işlərin artıq icrasına başlanılması ölkəmizin növbəti mərhələdə yeni hədəflərini müəyyən edir.
“Ermənistan və Azərbaycan arasında münaqişənin bitməsi təkcə bizim üçün deyil, bütün region üçün ciddi iqtisadi imkanlar yaradır. Növbəti illərdə işğaldan azad olunan ərazilərdə reabilitasiya, yenidənqurma və reinteqrasiya kimi proseslər əsas istiqamət olaraq qəbul olunub”, - deyə R.Məmmədov bildirib.
Deputat qeyd edib ki, bütün təxribatlara baxmayaraq, Azərbaycan bu gün regional sülh və stabilliyə, qonşularla yaxşı münasibətlərin qurulmasına istiqamətlənmiş siyasətini davam etdirməkdə qərarlıdır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-ın İrana son hücumunda SEPAH-ın 4 əməkdaşı ölüb
13:07 02.09.2026
Gündəm
Şimali Kipr sahillərində batan gəminin qalıqları tapılıb
12:58 02.09.2026
Hadisə
Türkiyə aviaşirkətləri Moskvaya uçuşları ləğv edir
12:38 02.09.2026
Hadisə
Yasamalda skuterdən yıxılan 57 yaşlı kişi ölüb
12:35 02.09.2026
Hadisə
Cinayətdə şübhəli bilinən 46 nəfər saxlanıldı
11:43 02.09.2026
Hadisə
1,2 milyon manatlıq körpü açılışda çökdü - VİDEO
11:35 02.09.2026
Hadisə
Daha üç vəzifəliyə hökm oxundu - Biri Mikayılovun uşaqlıq dostudur
11:13 02.09.2026
Hadisə
Rusiya ilə Ermənistan arasında yükdaşımalar kəskin artıb
11:11 02.09.2026
Region
Bəzi tələbələrə 2000 manat MÜKAFAT VERİLƏCƏK - FOTO
11:11 02.09.2026
Elm və Təhsil
Mal əti bahalaşdı
11:05 02.09.2026
İqtisadiyyat
Axtarışda оlan 317 nəfər sərhəddə saxlanılıb
11:02 02.09.2026
Hadisə
Boşanma qaydaları dəyişir: 3 mühüm yenilik hazırlanır
10:40 02.09.2026
Cəmiyyət
SON DƏQİQƏ: İran ABŞ-nin hərbi bazalarını vurdu - 4 ölkə hədəfdə
10:01 02.09.2026
Gündəm