Şeyx:“Fransa Avropada islamofobiyanın tüğyan etdiyi ölkədir”
Yusif Nəzərli
11:07 16.03.2023
Cəmiyyət
608
“Hazırda Fransa Avropada islamofobiyanın tüğyan etdiyi bir ölkə kimi seçilir”.
“Report”un xəbərinə görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Bakıda keçirilən “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Azərbaycanda bütün din mənsubları qardaşlıq münasibətində yaşayır və dövlətin onlar üçün yaratdığı bütün şəraitdən istifadə edirlər: “Müqəddəs Quranda Uca Allah bizlərə buyurur: “Yer üzü islah olunduqdan sonra orada fəsad törətməyin”. Təəssüf ki, son zamanlar Avropada islamofobiya meyilləri kəskinləşir. Bu mənada Fransada baş verən anti-islam meyilləri getdikcə daha da kəskinləşir”.
A.Paşazadə bildirib ki, erməni terror şəbəkəsinin əsası da məhz Fransada qoyulub:
“Nifrət çağırışlarının qarşısının alınması olduqca zəruridir. Ötən aylarda İsveçdə Quranın yandırılması da qətiyyətlə pislənilməlidir. Bütün bu təhlükə və təhdidlərdən insanların birgə mübarizəsi nəticəsindən qurtulmaq mümkün olacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan: Regionumuzda yeni münaqişə istəmirik
21:06 26.10.2026
Gündəm
Hizbullah İsrailə qarşı İrandan on milyonlarla dollar alıb
20:42 26.10.2026
Aktual
Dövlət müəssisələri ilə bağlı vacib qərar
20:10 26.10.2026
Ölkə
Millimiz Haitiyə böyük hesabla uduzdu
19:53 26.10.2026
Futbol
Azərbaycan Avropanın yeni bazarlara çıxışının açarıdır - RƏY
19:37 26.10.2026
Gündəm
Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək
19:31 26.10.2026
Region
Ermənistanın ilk prezidenti tibbi müayinədən keçib
19:25 26.10.2026
Gündəm
Paşinyan: Ermənistanda yeni müxalifət formalaşmalıdır
19:18 26.10.2026
Cənubi Qafqaz
Misir parlamenti Səudiyyə Ərəbistanına hərbi dəstəyi təsdiqləyib
19:10 26.10.2026
Dünya
Ceyhunun qətlinə görə daha iki nəfər barədə qərar
19:02 26.10.2026
Hadisə
İsrail 27 oktyabr seçkilərinə qədər İrana hücum etməyəcək
18:56 26.10.2026
Siyasət
Ceyhun Bayramov İƏT-in Baş katibi ilə görüşüb
18:49 26.10.2026
Siyasət
Ceyhunun qətlinə görə daha iki nəfər həbs ediləcək
17:29 26.10.2026
Hadisə
Bakıda dəhşətli qəza: Tanınmış şairənin həyat yoldaşı öldü
17:27 26.10.2026
Hadisə