Şiddətə əl atan yenə təkrarlayar: Tədbir görülsün!
12:35 01.01.2024
Cəmiyyət
1567
Daxili İşlər Nazirliyi azərbaycanlı kikboksçu Tulin Ələkbərovanın döyülməsi barədə yayılan xəbərlərə münasibət bildirib. DİN-in Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev Oxu.Az-a açıqlamasında bildirib ki, T.Ələkbərovanın döyülməsi barədə araşdırma aparılır: "Sosial şəbəkələrdə yayılan həmin görüntülərlə bağlı araşdırma aparılır. Müraciət ərazi polis bölməsində icraata qəbul edilib. Müvafiq ekspertiza təyin olunub”.
Qeyd edək ki, ötən gün kikboksçu Tulin Ələkbərova “Instagram” hesabında sevgilisi tərəfindən ölümcül döyülməsi barədə paylaşım edib. O qeyd edib ki, hadisə dekabr ayının 27-si, səhər saatlarında yarımtikili ərazidə baş verib. Sevgilisi Sübhanın ona xəyanət etdiyini öyrənən T.Ələkbərova danışmaq üçün onu çağırıb. Nəticədə aralarında mübahisə yaranıb və danışıq dava ilə bitib.
Hadisə ilə bağlı "Sherg.az"a danışan sosioloq Lalə Mehralı bildirib ki, idmançı, özünü müdafiə edə biləcək gücdə olan bir qadın da şiddətə məruz qalıb. Özü də qarşı tərəf qəddarlığın elə səviyyəsinə yüksəlib ki, şiddət tətbiq edib:
“ Siz indi düşünün ki, özünü müdafiə edə bilməyən, fiziki cəhətdən gücsüz qadınlar da var. Bəs onlar nə etsin? Bu vəziyyətdə həmin şəxsi qanunlar müdafiə etməlidir. Şiddətə məruz qalan elə xanımlar var ki, polisə şikayət etməkdən çəkinirlər. Bəzən isə şikayət edilsə də, polis barışıqdan yana addım atır. Zənnimcə, bu məsələdə qadınların özü də geri çəkilir. Ancaq əzmli olmaq, sona qədər getmək lazımdır. Şiddətə əl atan şəxs növbəti dəfə də bu əməlinə davam edəcək. Hesab edirəm ki, qanunlar ciddi şəkildə bu barədə ölçü götürməlidir”.
Ekspert qeyd edib ki, qayınata və qayınananın ailə məsləhətini zorakılıq adlandıran Ailə Komitəsi bu haqda da bir tədbir görsün:
“ Zorakılıq görən qadınların səsi olsunlar Hamı barışdırmaqdan yanadır. Heç kim istəməz ki, başqasının ailəsi dağılsın. Hər dağılan ailə cəmiyyətin bünövrəsindən bir kərpicinin əksilməsi deməkdir. Ölkədə ay ərzində 1500-2000 ailə dağılır. Unutmamalıyıq ki, toksik münasibətlərin başdan pozulması daha məsləhətlidir".
Xəbər lenti
Hamısına bax
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi
AJB-nin Aran bölgəsi üzrə zona müşavirəsi keçirilib -FOTO
14:49 23.08.2026
Media
İlham Əliyev Daşkənddə Müstəqillik abidəsini ziyarət edib
14:00 23.08.2026
Rəsmi
Yenidən prezident seçilmək hüququm var - Tokayev
13:43 23.08.2026
Aktual
Suriya XİN: İsraillə danışıqlar bərpa oluna bilər
13:27 23.08.2026
Aktual
İlham Əliyev Özbəkistana dövlət səfərinə gəlib
13:10 23.08.2026
Rəsmi
Sabah 40 dərəcə isti olacaq
12:50 23.08.2026
Ekologiya
İran Məkkə sazişinə dəvət edildi
12:31 23.08.2026
Aktual
Rusiya Ukraynada sərnişin qatarını vurdu
11:44 23.08.2026
Gündəm
Qazaxda iki minik avtomobili toqquşub, 3 nəfər ölüb
11:15 23.08.2026
Hadisə