Siqareti yerə atanlara... -“Təmiz ətraf təmiz gələcək..."
Yusif Nəzərli
10:57 15.03.2023
Cəmiyyət
1018
Bakıda küçədə siqaret kötüyünü yerə atanlar inzibati məsuliyyət daşıyırlar. Polis əməkdaşları bu prosesə nəzarəti gücləndirib. Küçədə siqaret çəkib kötüyünü zibil qabından kənar yerə atan şəxs barəsində 50 manat cərimə tətbiq edilir.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyevin verdiyi məlumata görə, bu məsələ qanunvericilikdə nəzərdə tutulub.
"Azərbaycanda "Tütün və ya tütün məmulatı haqqında" Qanuna əsasən, küçəyə siqaret kötüyü atmaq inzibati məsuliyyət yaradır. Küçəyə siqaret kötüyü atan şəxs buna görə 50 manat cərimə edilir. Bu məsələ İnzibati Xətalar Məcəlləsində də öz əksini tapıb".
Bununla bağlı “Sherg.az” danışan nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov bildirib ki, bu təşəbbüs məqsədə uyğundur. Onun sözlərinə görə,dünya ölkələrinin əksərində belə qayda tətbiq olunur:
“Ekologiyanın qorunması bu kimi atılan addımlardan irəli gəlir. Yaxşı tərəfi ondan ibarətdir ki, xüsusən şəhərdaxili və trasaların kənarının çirklənməsinin qarşısı alınacaq.
Ölkə olaraq mental dəyərlərimiz var. Bunlardan biri də elə məhz təmizlikdir. Hər hansı bir ərazini zibilləmək, oranı digər tullantı materialları ilə zənginləşdirmək kimi bir əməllərimiz yoxdur. Xalq olaraq təmizliyi və təmizkarlığı sevirik”.
Təmizliyə əməl etməyənlərə gəlincə, ekspert qeyd edib ki, həmin şəxslərə müxtəlif resurslar və qaydalar işə salınmalıdır:
“Lazım gəldiyində cərimə də olunmalıdırlar. İnzibati tədbirlər görülməlidir. Söhbət sadəcə siqaretdən deyil, ətrafı çirkləndirən materialların atılmasından da gedir.
Əgər ərazidə zibil qabı varsa, niyə yerə atırsan? Düşüncəsi və vicdanı yerində olan insan zibillədiyi yeri təmizləyənin də bir insan olduğunu unutmamalıdır.
Azərbaycan Respublikasının “Yol Hərəkatı Haqqında” qanunun xüsusi maddəsində öz əksini tapmışdır. Sürücünün, sərnişinin hüquq və vəzifələrində var ki, getdikləri ərazini təmiz saxlasınlar. Bu qanunda belə tələb olunur. Əməl etməyənlər üçün nəzərdə tutulmuş cərimələr tamamilə məqsədə uyğundur”.
Ekspert sonda onu da qeyd edib ki, təmiz ətraf təmiz gələcək deməkdir. Çalışmaq lazımdır bunu tələbsiz və cərimə olunmadan yerinə yetirək.
Şərqiyyə Nəbi
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xarkov raketlə vuruldu: ölənlər var
22:15 26.10.2026
Son dəqiqə
Təhlükəsizliklə bağlı Türkiyə ilə danışıqlar aparırıq - Rusiya
21:27 26.10.2026
Region
Ərdoğan: Regionumuzda yeni münaqişə istəmirik
21:06 26.10.2026
Gündəm
Hizbullah İsrailə qarşı İrandan on milyonlarla dollar alıb
20:42 26.10.2026
Aktual
Dövlət müəssisələri ilə bağlı vacib qərar
20:10 26.10.2026
Ölkə
Millimiz Haitiyə böyük hesabla uduzdu
19:53 26.10.2026
Futbol
Azərbaycan Avropanın yeni bazarlara çıxışının açarıdır - RƏY
19:37 26.10.2026
Gündəm
Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək
19:31 26.10.2026
Region
Ermənistanın ilk prezidenti tibbi müayinədən keçib
19:25 26.10.2026
Gündəm
Paşinyan: Ermənistanda yeni müxalifət formalaşmalıdır
19:18 26.10.2026
Cənubi Qafqaz
Misir parlamenti Səudiyyə Ərəbistanına hərbi dəstəyi təsdiqləyib
19:10 26.10.2026
Dünya
Ceyhunun qətlinə görə daha iki nəfər barədə qərar
19:02 26.10.2026
Hadisə
İsrail 27 oktyabr seçkilərinə qədər İrana hücum etməyəcək
18:56 26.10.2026
Siyasət
Ceyhun Bayramov İƏT-in Baş katibi ilə görüşüb
18:49 26.10.2026
Siyasət