Şirvan sakininin evindən külli miqdarda narkotik aşkarlandı - FOTO
Yusif Nəzərli
07:41 22.11.2022
Cəmiyyət
351
Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyat tədbirləri davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Mirəsgər Məmmədli saxlanılıb. Həmin şəxsin üzərinə keçirilən baxış zamanı ondan narkotik maddə olan heroin aşkarlanıb.
Əməliyyat tədbirlərinin davamı olaraq həmin şəxsin yaşadığı ünvana keçirilən baxış zamanı oradan 99 qramdan artıq heroin, 115 qrama yaxın metamfetamin, 750 qram marixuana, 140 ədəd narkotik tərkibli həblər və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülüb.
Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsində cinayət işi açılıb, saxlanılan şəxs barəsində şəhər məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
NATO nümayəndə heyəti ilə ANAMA-da görüş keçirildi
16:46 01.09.2026
Gündəm
Baş Qərargah: Rusiya son üç ayda 124 mindən çox hərbçi itirib
16:42 01.09.2026
Dünya
Monqolustan, Çin və Rusiya birgə hərbi təlim keçirəcək
16:17 01.09.2026
Dünya
Qırğızıstan və Türkiyə hərbi əməkdaşlığı genişləndirir
15:43 01.09.2026
Gündəm
Kaya Kallas: Hörmüz boğazında keçid sərbəst olmalıdır
15:31 01.09.2026
Gündəm
Türkiyə Prezidenti Məkkə Müdafiə İttifaqı barədə açıqlama verdi
14:35 01.09.2026
Gündəm
KİV: Trampa dəstək Baydenin ən aşağı reytinqindən də aşağı düşüb
14:08 01.09.2026
Gündəm
Şahbaz Şərif BMT-də islahatların aparılmasına çağırıb
13:51 01.09.2026
Dünya
Balıq ovu mövsümü açıq elan edildi
12:56 01.09.2026
Sosial
Sabahın hava proqnozu açıqlanıb
12:45 01.09.2026
Ekologiya