Sosial şəbəkə, yoxsa söyüş platforması?! – Ziyalı da söyür, diletant da...
Banuçiçək Kalbalıyeva
14:21 03.08.2021
Cəmiyyət
589
“Deməli, cəmiyyətdəki gərginlik həmin platformalarda da öz əksini tapır”
“İnsanlar klaviatura arxasında reallıq hissini unudurlar”
Sosial şəbəkələrdə, o cümlədən “Facebook”da son vaxtlar neqativ hallarla üzləşməkdəyik. Ziyalı kimi tanıdığımız şəxslər, o cümlədən jurnalistlər, yazıçılar, vəkillər bir-birilərinə qarşı təhqiramiz ifadələr işlədir, söyüş söyməkdən nə çəkinir, nə də utanırlar. Beləliklə, bir də baxırıq ki, “ana səhifə” “çirklidir”, “ləkəlidir”. Bu, bəlkə də, həmin “ziyalıların” üzlərinə çəkdiyi “ziya” boyasının axması ilə əlaqəlidir...
BDU-nun Jurnalistika fakültəsinin professoru Qulu Məhərrəmli sözügedən məsələyə dair fikirlərini “Sherg.az”la bölüşdü:
“Bunu insanların psixologiyası və cəmiyyətdə dialoq mühitinin olmaması ilə izah etmək olar. Sosial şəbəkələr cəmiyyətin uzantısıdır. Deməli, cəmiyyətdəki gərginlik həmin platformalarda da öz əksini tapır. İnsanlar bir-birilərinə güzəştə getmək, bir-birilərini başa düşmək istəmirlər. İkinci bir tərəfdən, sosial şəbəkələrdə dialoq, bərabərlik imkanının olması ilə yanaşı, həm də burada naqisliklər üzə çıxır. Bəzən insanlar klaviatura arxasında reallıq hissini unudurlar. Nəticədə belə acınacaqlı mənzərə yaranır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
AZAL-ın fəaliyyətinə cari rəhbərliyi İdarə Heyəti həyata keçirəcək
13:36 06.08.2026
Aktual
NASA: "Falcon 9" raketinin fraqmenti plansız şəkildə Aya çırpılıb
13:27 06.08.2026
Dünya
NBC: Trampın zəngindən sonra Pentaqonda təcili iclas çağırılıb
13:11 06.08.2026
Gündəm
"Deportivo" Anhelinyonu "Roma"dan icarəyə götürüb
12:57 06.08.2026
Futbol
Ərdoğan MTŞ-də Cənubi Qafqazı müzakirə edəcək
12:42 06.08.2026
Gündəm
Nigar Fərhadın həbs olunan əri kimdir, nə işlə məşğuldur?
12:39 06.08.2026
Cəmiyyət
İsmayıllıda 7 yaşlı uşaq qıcolmadan ölüb
12:27 06.08.2026
Hadisə
İsrail ordusu Livanın cənubuna zərbələr endirdi
12:11 06.08.2026
Dünya
97 yaşlı qadın uçan təyyarənin qanadı üzərində rekord qırdı
11:07 06.08.2026
Dünya
İtaliyada qadın bir milyon avroluq bileti səhvən zibilliyə atdı
10:11 06.08.2026
Dünya
Bunu etsək, Moskva və Piterdə ayılar gəzəcək - Dunda
09:57 06.08.2026
Dünya