Taksi sürücülərinin etirazında haqlı məqamlar çoxdur
Yusif Nəzərli
10:22 25.05.2022
Cəmiyyət
406
Zamanla "bazarın görünməz əli" qiymətləri öz yoluna qoyacaq
Natiq Cəfərli: "Əsas odur ki, prosesə dövlət müdaxilə etməsin. Bəzən təklif edirlər ki, dövlət tərəfindən taksi şirkəti yaransın. Birmənalı olaraq bunun əleyhinəyəm"
“Bolt” taksi xidmətinin sürücülərinin boykot edəcəyi bildirilir.
Etiraz edən sürücülər mayın 27-də saat 17:00-dan 19:00-dək mobil applikasiyasını bağlayaraq işə çıxmayacaqlar.
Rəhbərlik sürücülərin tələblərinə əməl etməsə, növbəti günlərdə boykotun vaxtı daha da uzadılacaq.
Qeyd edək ki, sürücülər şirkət rəhbərliyindən bir neçə tələblərə əməl etməyi istəyirlər. Xüsusən də komissiyanın 20 faizdən 10 faizə endirilməsi, minimal qiymətin 2.40 manatdan başlaması və gözləmə vaxtına görə hər dəqiqə ən azı 10 qəpik (hazırda 2 qəpikdir) kimi hesablanması əsas tələblərdir.
Həmçinin sürücülər istəyir ki, kartla olan sifarişləri nağdlaşdırmaqda sürücülərə çətinlik yaradılmasın. 1-2 gün ərzində avtomatik sürücünün hesabına köçsün və ya gündəlik benzin talonu verilsin. Sürücülərə verilən sifarişlər hava məsafəsiylə hesablanmasın. İddia edirlər ki, proqramla sifariş zamanı bəzən yol olmayan yerlərdən məsafə hesablanır. Müştəri sifariş verdiyi ünvandan əlavə sürdürsə onun ödənişi proqramda avtomatik hesablansın və s .
İqtisadçı-ekspert Natiq Cəfərli isə “Şərq”ə açıqlamasında deyib ki, taksi xidməti Azərbaycanda rəqabət mühitində fəaliyyət göstərən nadir sahələrdən biridir: "Devalvasiyadan sonra bütün sahələr üzrə bahalaşma oldu və hər şeyin qiyməti qalxdı. Yeganə sahə taksi xidmətidir ki, son 5-6 ildə ucuzlaşma prosesi gedir. Bu isə sözsüz ki, rəqabətin nəticəsidir. Çox sayda taksi şirkətlərinin bazara daxil olması, taksi fəaliyyəti ilə şəxsi məşğul olan sürücülərin artması sayəsində qiymət tənzimləmələrində kifayət qədər ucuzlaşmalar hiss olunur.
Şirkətlərlə sürücülər arasındakı mübahisələr qarşılıqlı müqavilələrlə həll olunmalıdır. Şirkətin nəzərdə tutduğu qaydalara riayət olunması ilə bağlı sürücülərlə müqavilə imzalanacağı halda sonradan bu cür narazılıq və tələblər üçün heç bir əsas olmayacaq. Ümumilikdə hər kəs özünə görə haqlıdır. 16-17 saat işləmək məcburiyyətində qalan taksi sürücüləri var ki yorğunluq, yuxusuzluq səbəbi ilə bəzən qəza törədir, bəzən də sürət həddini aşaraq yol hərəkəti qaydalarını kobud şəkildə pozurlar.
Şirkətlərlə sürücülər arasında olan münasibətlərin tənzimlənməsi qiymət artımı ilə nəticələnsə belə vətəndaşların bu qərara təsir yox, seçim imkanları var. Sürücülərin tələbi ilə razılaşmalı olan “Bolt” şirkəti qiymətləri qaldıracağı halda bundan narazı qalan vətəndaş əlavə ödəniş etməmək üçün başqa bir şirkətlə əməkdaşlığa üstünlük verəcək. Hər nə qədər narazılıq və fikir ayrılıqları olsa da, zamanla “bazarın görünməz əli” qiymətləri öz yoluna qoyacaq. Daha sadə desək, hər kəs öz iqtisadi maraqlarını müdafiə etsə, bu, cəmiyyət üçün dövlətin tənzimlənməsi ilə müqayisədə daha faydalı olacaq.
Əsas odur ki, prosesə dövlət müdaxilə etməsin. Bəzən təklif edirlər ki, dövlət tərəfindən taksi şirkəti yaransın. Birmənalı olaraq bunun əleyhinəyəm. Dövlət ancaq müqavilə öhdəliklərinin yerinə yetirilməsinə dair nəzarət funksiyasını yerinə yetirməlidir. Həm işə götürən, həm də işçilər qarşılaşacaqları hər hansı bir problemin ədalətli həllinə inanmalıdır”.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ağ Evin yaxınlığında silah səsləri eşidilib
00:38 05.05.2026
Dünya
Zelenski: Ukrayna mayın 6-dan etibarən “sükut rejimi” elan edir
23:40 04.05.2026
Dünya
Mingəçevirdə tələbə ölüb
23:19 04.05.2026
Hadisə
"Qarabağ" qalib gəldi
23:06 04.05.2026
Futbol
Ciorcia Meloninin Azərbaycana səfəri başa çatıb
22:55 04.05.2026
Siyasət
“Paşinyanı devirmək planı var” - ŞƏRH
22:21 04.05.2026
Gündəm
“Dərslik tənqidləri qeyri-obyektivdir” - Tarix müəllimi
22:16 04.05.2026
Elm və Təhsil
Zelenskidən Paşinyana təklif - KİYEVDƏ KEÇİRİLSİN
21:45 04.05.2026
Gündəm
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
21:36 04.05.2026
Futbol
Rusiya 8–9 may tarixlərində atəşkəs elan edib
21:34 04.05.2026
Dünya
"Space" TV-nin yeni rəhbəri: Hədəfimiz böyükdür
21:30 04.05.2026
Gündəm
Şəhidin "Vətən uğrunda" medalı İmişlidə ailəsinə təqdim edilib
21:27 04.05.2026
Cəmiyyət
BƏƏ-də raket təhlükəsi elan edildi
21:10 04.05.2026
Dünya
Türkiyədən on il ərzində 1 407 568 suriyalı geri qayıdıb
20:57 04.05.2026
Region
“Çelsi” öz meydanında məğlub olub
20:44 04.05.2026
Futbol
Paşinyan Cənubi Kiprin prezidenti ilə TRIPP-i müzakirə etdi
20:30 04.05.2026
Dünya