“Tərtər işi” məhkəməsi: “Eyni əməllər Qazax, Şəmkir, Ağcabədi və Beyləqanda da törədilib”
Yusif Nəzərli
16:22 14.03.2023
Cəmiyyət
571
Sumqayıt Məhkəmə kompleksinin inzibati binasında “Tərtər işi”ndə təqsirləndirilən 4 nəfər yüksək rütbəli hərbçi - Vüsal Ələsgərov, Rəşid Niftəliyev, Ramil Qarayev və Rüstəm Ələsgərovun cinayət işi üzrə hazırlıq iclası keçirilib.
“Report”un xəbərinə görə, Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Məlum olub ki, Vüsal Ələsgərov Tərtərdə N saylı hərbi hissənin komandiri, Rəşid Niftəliyev həmin hərbi hissədə qərargah rəisi, Ramil Qarayev və Rüstəm Ələsgərov isə hərbi hissələrin kəşfiyyatçıları olublar.
Hakim bildirib ki, Vüsal Ələsgərov Cinayət Məcəlləsinin 143-cü (Təhlükədə qoyma), 293-cü (İşgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma), Rəşid Niftəliyev və Ramil Qarayev Cinayət Məcəlləsinin 293-cü (İşgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 145-ci (Qanunsuz azadlıqdan məhrum etmə), 341-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma), Rüstəm Ələsgərov isə Cinayət Məcəlləsinin 293-cü (İşgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 145-ci (Qanunsuz azadlıqdan məhrum etmə), 341-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma), 125-ci (Özünü öldürmə həddinə çatdırma), 126-cı (Qəsdən sağlamlığa ağır zərər vurma) maddələri ilə təqsirli bilinir.
Prosesdə təqsirləndirilən şəxslər məhkəmə iclaslarının qapalı keçirilməsi ilə bağlı vəsatət qaldırıb və ev dustaqlığına buraxılmalarını istəyiblər.
İş üzrə 194 zərərçəkmiş olsa da, prosesə təxminə 20-yə yaxın zərərçəkmiş qatılıb.
Zərərçəkmişlərdən Emil Orucovun vəsatətində qeyd edilib ki, “Tərtər hadisələri” kimi eyni əməllər Qazax, Şəmkir, Ağcabədi və Beyləqanda da törədilib:
“Orada da hərbçilərə işgəncələr verilib. Bu işdə təqsiri olan şəxslərin siyahısı çoxdur”.
Vəsatətdə general-mayorlar Hikmət Həsənov və Mais Bərxudarovun məhkəməyə çağırılması, dindirilməsi və üzləşdirilməsi tələb edilib. Qeyd olunub ki, Tərtər hadisələri baş verən ərəfədə Mais Bərxudarovun harada olması ilə bağlı telefon siqnalları vasitəsilə yoxlama aparılsın.
Dövlət ittihamçısı Orxan Səmədov vəsatətlərə münasibət bildirərkən qeyd edib ki, məhkəmənin qapalı keçirilməsi və müttəhimlərin ev dustaqlığına buraxılması üçün hüquqi əsaslar yoxdur. O, ittihamların ağırlaşdırılması və yeni şəxslərin məsuliyyətə cəlb olunmaları ilə bağlı vəstətləri isə məhkəmənin gedişində müzakirə etməyi məqbul sayıb. Prokuror qeyd edib ki, hazırda Baş Prokurorluq tərəfindən “Tərtər işi” üzrə istintaq hələ davam edir. İş üzrə cinayət törətməsinə dair əsaslı şübhələr yaranarsa, yeni şəxslər məhkəmədə məsuliyyətə cəlb oluna bilər. O, gedişatın zərərçəkmişlərin ifadələrindən asılı olacağını qeyd edib.
Hakimlər müaşvirəyə yollanıb. Müşavirə zamanı zərərçəkmişlər 4 müttəhimlə söhbət etməyə çalışıb. Zərərçəkmişlər Hikmət Həsənovun məsuliyyətə cəlb olunacağı təqdirdə onları bağışlayacaqlarını bildiriblər.
Müşavirədən sonra qərar elan olunub. Hakimlər prosesin qapalı keçirilməsi və tutulan şəxslərin ev dustaqlığına buraxılması ilə bağlı vəsatətləri təmin etməyiblər. Digər vəstətlər isə baxılmamış saxlanılıb.
Proses martın 28-də baxışa təyin olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xarkov raketlə vuruldu: ölənlər var
22:15 26.10.2026
Son dəqiqə
Təhlükəsizliklə bağlı Türkiyə ilə danışıqlar aparırıq - Rusiya
21:27 26.10.2026
Region
Ərdoğan: Regionumuzda yeni münaqişə istəmirik
21:06 26.10.2026
Gündəm
Hizbullah İsrailə qarşı İrandan on milyonlarla dollar alıb
20:42 26.10.2026
Aktual
Dövlət müəssisələri ilə bağlı vacib qərar
20:10 26.10.2026
Ölkə
Millimiz Haitiyə böyük hesabla uduzdu
19:53 26.10.2026
Futbol
Azərbaycan Avropanın yeni bazarlara çıxışının açarıdır - RƏY
19:37 26.10.2026
Gündəm
Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək
19:31 26.10.2026
Region
Ermənistanın ilk prezidenti tibbi müayinədən keçib
19:25 26.10.2026
Gündəm
Paşinyan: Ermənistanda yeni müxalifət formalaşmalıdır
19:18 26.10.2026
Cənubi Qafqaz
Misir parlamenti Səudiyyə Ərəbistanına hərbi dəstəyi təsdiqləyib
19:10 26.10.2026
Dünya
Ceyhunun qətlinə görə daha iki nəfər barədə qərar
19:02 26.10.2026
Hadisə
İsrail 27 oktyabr seçkilərinə qədər İrana hücum etməyəcək
18:56 26.10.2026
Siyasət
Ceyhun Bayramov İƏT-in Baş katibi ilə görüşüb
18:49 26.10.2026
Siyasət