Velosiped Azərbaycanda populyar nəqliyyat vasitəsinə çevrilə bilmir
Yusif Nəzərli
02:38 16.03.2023
Cəmiyyət
640
Çünki şəhərdə velosipeddən rahat və təhlükəsiz qaydada istifadə etmək üçün heç bir infrastruktur yoxdur
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi velosipedçilərə müraciət edib. Müraciətdə deyilib ki, velosipedçilərin iştirakı ilə baş verən yol qəzalarının əsas səbəblərindən biri bu tip nəqliyyat vasitələrindən istifadə zamanı təhlükəsizlik qaydalarına riayət edilməməsidir: “Ötən il ərzində velosipedçilərin vurulması ilə nəticələnən 29 yol-nəqliyyat hadisəsində 16 nəfərin həyatını itirməsi, 15 nəfərin yaralanması da bu növ qəzaların ağırlıq dərəcəsinin kifayət qədər yüksək olduğunu göstərir.
Velosipeddən istifadənin ekoloji, iqtisadi, sağlamlıq baxımından əlverişli olduğunu bildiyimiz kimi, velosipedçinin də yol hərəkətinin ən müdafiəsiz iştirakçılarından biri olduğunu unutmamalıyıq.
Qanunvericiliyin tələbinə əsasən, velosipedçilər xüsusi velosiped zolaqları ilə, bunlar olmadıqda isə yolun, küçənin hərəkət hissəsinin kənarı və ya yol çiyinləri ilə hərəkət etməli, idarə etməyə maneə olan yük və ya sərnişin daşımamalı, velosiped isə texniki cəhətdən saz və lazımınca təchiz edilmiş olmalıdır. Bununla yanaşı, velosipedçilər təhlükəsizlik dəbilqələrindən istifadə etməli, yol hərəkəti qaydalarını bilməli və yerinə yetirməli, xüsusilə sutkanın qaranlıq vaxtı, yaxud məhdud görünmə şəraitində digər hərəkət iştirakçılarının onları aydın görə bilmələri üçün tədbirlər görməli, özlərinə və başqalarına təhlükə yaratmamalıdırlar".
Nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynovun sözlərinə görə, şəhərdə velosipeddən rahat və təhlükəsiz qaydada istifadə etmək üçün heç bir infrastrukrur yoxdur. Nə xüsusi velosiped yolu, nə də velosiped zolağı var. Ona görə də velosiped Azərbaycanda populyar nəqliyyat vasitəsinə çevrilə bilmir.
Ekspertin sözlərinə görə, digər böyük problem isə velosipeddən istifadə edənlərin bir çoxunun yol hərəkəti qaydalarını bilməməsidir.
Ona görə də yol hərəkəti iştirakçısı kimi tam intizamlı hərəkət etmirlər, ciddi qayda pozuntuları törədənlər var: “Avtomobil sürücüləri belə velosipedlə yanaşı hərəkət etməyin qaydalarını, özəlliklərini, təhlükəsizliyini bilmirlər. Halbuki hər bir sürücü velosipedin təhlükəsizliyini necə qorumaq lazım olduğunu bilməlidir.
Velosipedçilərin iştirakı ilə baş verən yol qəzalarının sayını minimuma endirmək üçün bu istiqamətdə ciddi işləmək lazımdır. İnfrastruktur yaradılmalı, aşağı sürətli küçələrdə velosiped zolaqları yaradılmalı, velosipedçilər öyrədilməli, təbliğat aparılmalıdır.
Onlara başa salmaq lazımdır ki, velosiped də nəqliyyat vasitəsi sayılır. Mexaniki olmasa da, insanın fiziki enerjisi ilə işləyən nəqliyyat vasitəsidir. Yol hərəkəti ilə bağlı tətbiq olunan qaydalar, nişanlar ona da aiddir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xarkov raketlə vuruldu: ölənlər var
22:15 26.10.2026
Son dəqiqə
Təhlükəsizliklə bağlı Türkiyə ilə danışıqlar aparırıq - Rusiya
21:27 26.10.2026
Region
Ərdoğan: Regionumuzda yeni münaqişə istəmirik
21:06 26.10.2026
Gündəm
Hizbullah İsrailə qarşı İrandan on milyonlarla dollar alıb
20:42 26.10.2026
Aktual
Dövlət müəssisələri ilə bağlı vacib qərar
20:10 26.10.2026
Ölkə
Millimiz Haitiyə böyük hesabla uduzdu
19:53 26.10.2026
Futbol
Azərbaycan Avropanın yeni bazarlara çıxışının açarıdır - RƏY
19:37 26.10.2026
Gündəm
Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək
19:31 26.10.2026
Region
Ermənistanın ilk prezidenti tibbi müayinədən keçib
19:25 26.10.2026
Gündəm
Paşinyan: Ermənistanda yeni müxalifət formalaşmalıdır
19:18 26.10.2026
Cənubi Qafqaz
Misir parlamenti Səudiyyə Ərəbistanına hərbi dəstəyi təsdiqləyib
19:10 26.10.2026
Dünya
Ceyhunun qətlinə görə daha iki nəfər barədə qərar
19:02 26.10.2026
Hadisə
İsrail 27 oktyabr seçkilərinə qədər İrana hücum etməyəcək
18:56 26.10.2026
Siyasət
Ceyhun Bayramov İƏT-in Baş katibi ilə görüşüb
18:49 26.10.2026
Siyasət