Yeni naziri kollektivə təqdim olundu
Yusif Nəzərli
09:10 16.03.2023
Cəmiyyət
506
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin başçılıq etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasındadır.
Bu barədə "Report"a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyulub.
Azərbaycan Prezidentinin Naxçıvan Muxtar Respublikasındakı səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli ilə nazir Sahil Babayevin görüşündə Prezident İlham Əliyevin uğurlu sosial islahatlar proqramının nailiyyətləri, əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində atılan mühüm addımlardan bəhs olunub. Eyni zamanda Naxçıvan MR-də sosial-iqtisadi inkişaf prosesləri, sosial müdafiə sisteminin gücləndirilməsi, məşğulluğun təminatı, sosial xidmətlər, tibbi-sosial reabilitasiya, həssas qrupların qayğı ilə əhatə olunması istiqamətində aparılan işlər qeyd olunub.
Dövlət başçısının göstərişinə əsasən, DOST mərkəzləri şəbəkəsinin ölkə boyu genişləndirilməsi, o cümlədən Naxçıvan şəhərində də DOST mərkəzinin yaradılması məqsədilə işlərin aparıldığı bildirilib.
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Azərbaycan Prezidentinin Naxçıvandakı səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli və Naxçıvan MR Ali Məclisi Sədrinin birinci müavini Azər Zeynalov Naxçıvan MR-nın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollektivi ilə görüşüblər.
Naxçıvan Muxtar Respublikasının yeni təyin edilmiş əmək və əhalinin sosial müdafiəsi naziri Ceyhun Cəlilov kollektivə təqdim olunub.
Görüşdə Naxçıvanda sosial müdafiə və aktiv məşğulluq proqramlarının icrası istiqamətində görülən işlər, sosial xidmət və reabilitasiya infrastrukturunun müasir tələblərə uyğun qurulması, sosial islahatlar proqramının həyata keçirilməsi sahəsində qarşıda duran vəzifələr müzakirə olunub.
Muxtar Respublikada sosial sahədə idarəçilik və xidmətlər sistemində müasir innovativ həllərin, əmək, məşğulluq, sosial müdafiə sahələrində xidmətlərdə elektronlaşma və proaktiv təyinat mexanizmlərinin geniş tətbiqini nəzərdə tutan hədəflərdən bəhs olunub.
Məlumat üçün bildirək ki, Ceyhun Cəlilov 1987-ci ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda anadan olub. 2009-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bakalavr, 2012-ci ildə magistratura, 2013-cü ildə isə Böyük Britaniya Krallığının Esseks Universitetinin Maliyyə ixtisası üzrə magistratura səviyyəsini bitirib.
2011-2013-cü illərdə İqtisadiyyat Nazirliyinin Beynəlxalq Təşkilatlarla əməkdaşlıq şöbəsində, 2013-2021-ci illər ərzində “BP Caspian” şirkətinin Maliyyə departamentində müxtəlif vəzifələrdə çalışıb.
1 mart 2021-ci ildə DOST Agentliyinin İdarə Heyəti sədrinin müşaviri vəzifəsinə təyin edilib. 13 avqust 2021-ci ildən hazırki vəzifəsinə qədər Agentliyin İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan: Regionumuzda yeni münaqişə istəmirik
21:06 26.10.2026
Gündəm
Hizbullah İsrailə qarşı İrandan on milyonlarla dollar alıb
20:42 26.10.2026
Aktual
Dövlət müəssisələri ilə bağlı vacib qərar
20:10 26.10.2026
Ölkə
Millimiz Haitiyə böyük hesabla uduzdu
19:53 26.10.2026
Futbol
Azərbaycan Avropanın yeni bazarlara çıxışının açarıdır - RƏY
19:37 26.10.2026
Gündəm
Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək
19:31 26.10.2026
Region
Ermənistanın ilk prezidenti tibbi müayinədən keçib
19:25 26.10.2026
Gündəm
Paşinyan: Ermənistanda yeni müxalifət formalaşmalıdır
19:18 26.10.2026
Cənubi Qafqaz
Misir parlamenti Səudiyyə Ərəbistanına hərbi dəstəyi təsdiqləyib
19:10 26.10.2026
Dünya
Ceyhunun qətlinə görə daha iki nəfər barədə qərar
19:02 26.10.2026
Hadisə
İsrail 27 oktyabr seçkilərinə qədər İrana hücum etməyəcək
18:56 26.10.2026
Siyasət
Ceyhun Bayramov İƏT-in Baş katibi ilə görüşüb
18:49 26.10.2026
Siyasət
Ceyhunun qətlinə görə daha iki nəfər həbs ediləcək
17:29 26.10.2026
Hadisə
Bakıda dəhşətli qəza: Tanınmış şairənin həyat yoldaşı öldü
17:27 26.10.2026
Hadisə