Yol qəzaları niyə azalmır? -Ekspert təsnifat boşluğuna diqqət çəkdi
10:06 16.07.2025
Cəmiyyət
453
Bu günə qədər nəqliyyat hadisələrinin düzgün təsnifatı aparılmayıb.
“Report” xəbər verir ki, bunu "Jurnalistika və İnkişaf Mərkəzi" İctimai Birliyinin (İB) sədri Elməddin Muradlı “Yol-nəqliyyat hadisələrinin təsnifatı: səbəb və nəticələrin təhlili” adlı ictimai müzakirədə deyib.
O, yol-nəqliyyat hadisələrində sürət həddinin aşılması, piyadaların qaydalara əməl etməsi ilə bağlı məsələlərə diqqət çəkib: “Bu təsnifatı hazırlayanda gördük ki, bir çox nəqliyyat hadisələrinin qarşısını ala bilərik. Piyadaların keçidlərdən düzgün istifadə etməsi üçün çəpərlənmə işlərinə ehtiyac var. Baş verən qəzaların əksəriyyəti həmin keçidlərin ətrafında baş verir".
Nəqliyyat problemləri üzrə ekspert Eldəniz Cəfərov “Sherg.az”a açıqlamasında qeyd etdi ki, nəqliyyat hadisələrinin baş verməsinin əsas səbəbləri bir neçə qrupda toplanır:
“Birinci əsas səbəb yol hərəkəti iştirakçılarının qəsdən yol hərəkəti qaydalarını pozmasıdır ki, bu da əsasən sürət həddinin aşılması, manevr qaydalarının pozulması, ötmə əməliyyatlarında təhlükəsizlik normalarına əməl edilməməsi, dönmə zamanı işıq cihazlarından düzgün istifadə olunmaması kimi hallar ilə müşahidə olunur. İkinci mühüm faktor yol infrastrukturunun texniki cəhətdən qeyri-qənaətbəxş olmasıdır. Yəni qaranlıq, kələ-kötür, nişanlanmamış və təmirə ehtiyacı olan yollar qəza riskini əhəmiyyətli dərəcədə artırır. Üçüncü səbəb nəqliyyat vasitələrinin texniki nasazlığı ilə bağlıdır. Belə ki, xüsusilə texniki baxımdan keçməyən, mühərrik, əyləc və ya sükan sistemində nasazlıq olan avtomobillər qəza hallarına səbəb ola bilir. Araşdırmamız göstərir ki, bu üç əsas qrup risk faktoru kompleks şəkildə yol hərəkəti təhlükəsizliyini təhdid edir. Təhlillər onu göstərir ki, sürücülərin maarifləndirilməsi və daimi nəzarət mexanizmlərinin gücləndirilməsi bu problemlərin qarşısının alınmasında mühüm rol oynaya bilər. Avtomobillərin texniki baxışdan keçirilməsi, prosedurlarının sərtləşdirilməsi və effektiv icra mexanizmləri tətbiq olunmalıdır. Yol infrastrukturunun beynəlxalq standartlara uyğunlaşdırılması və nişanlama sistemlərinin təkmilləşdirilməsi də vacib tədbirlər sırasındadır. Eyni zamanda, yol hərəkəti iştirakçılarına psixoloji və davranış yönümlü təlimlərin təşkili də qəza risklərini azalda bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: "ABŞ İranla bağlı qərarını tezliklə verəcək"
23:38 13.10.2026
Aktual
"Qarabağ" "Sabah"ı təbrik etdi
23:19 13.10.2026
Futbol
Trampdan husilərə xəbərdarlıq: "Mən bunu heç vaxt unutmayacağam"
23:00 13.10.2026
Dünya
Netanyahu Trampla İrana hücumların bərpasını müzakirə etdi
22:20 13.10.2026
Gündəm
Arda Turan Türkiyə millisi ilə bağlı qərarını açıqladı
22:02 13.10.2026
Futbol
Ərdoğandan xahiş edəcəyəm ki, müharibəyə qoşulsun
21:17 13.10.2026
Dünya
Ərdoğanın vasitəçiliyi sülhə yol aça bilər, amma bir şərtlə - ŞƏRH
20:32 13.10.2026
Gündəm
Ərdoğandan Səudiyyəyə dəstək...
20:21 13.10.2026
Aktual
Belçikanın Rusiyadakı səfiri XİN-ə çağırılıb
20:13 13.10.2026
Gündəm
Paşinyanın təyyarəsi 5 ay sonra İrəvana qayıtdı
20:05 13.10.2026
Cənubi Qafqaz
Dələduzluq edən dörd nəfər saxlanıldı
19:50 13.10.2026
Hadisə
Barmaq çıtlatmaq zərərlidirmi? - Oynaq iltihabına səbəb olurmu?
19:41 13.10.2026
Sağlamlıq
Dizel sazişi Rusiya və ABŞ-ın maraqlarına cavab verir
19:39 13.10.2026
Aktual
Polis 2 kiloqram narkotik vasitə aşkarladı
19:26 13.10.2026
Hadisə
Tom Berendsen Azərbaycana rəsmi səfər edəcək
18:42 13.10.2026
Siyasət