“Gənclik” stansiyasında iş rejimi gücləndirilir
“Gənclik” stansiyasında iş rejimi gücləndirilir
12:03 30.07.2024
Cəmiyyət
662
UEFA Çempionlar Liqası turnirinin II təsnifat mərhələsində “Qarabağ” Futbol Klubunun bu gün Tofiq Bəhramov adına Respublika stadionunda saat 20:00-da başlanacaq oyunu ilə əlaqədar Bakı metropoliteninin iş rejimində dəyişikliklər ediləcək.
Axar.az Bakı Metropoliteni QSC-yə istinadən xəbər verir ki, görüşə tamaşaçı marağı nəzərə alınaraq, metropolitendə sərnişinlərin təhlükəsiz və rahat daşınması üçün bir sıra tədbirlər görüləcək.
Bakı metropoliteninin kütləvi tədbirlərlə əlaqədar əməliyyat planına uyğun olaraq bu arenanın yaxınlığında yerləşən “Gənclik” stansiyası qarşılaşma ərəfəsində gücləndirilmiş iş rejimi şəraitində çalışacaq. Plana uyğun qaydada nəzarət mexanizmləri gücləndiriləcək və növbətçilik cədvəli əsasında stansiyada sərnişinlərin yönləndirilməsi, səmti daha rahat müəyyən etməsi məqsədilə əlavə işçi qüvvəsi ayrılacaq. Ehtiyat tədbirlər “Nərimanov” və “28 May” stansiyalarında da görüləcək.
Gün ərzində qatarlar yay qrafikinin iş günləri cədvəlinə uyğun hərəkət edəcək. Zərurət yaranacağı təqdirdə ehtiyat qatarlar xəttə buraxılacaq. Həmçinin oyundan sonra qatarların hərəkətinin məhz bu stansiyanın iş rejimi nəzərə alınmaqla xüsusi qaydada təşkili də nəzərdə saxlanılacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Qalatasaray” “Samsunspor”u məğlub edərək yeni rekorda imza atıb
19:23 21.11.2026
Futbol
Türkiyədə zəncirvari qəza: 14 nəfər yaralandı
19:03 21.11.2026
Hadisə
Aktrisa boşandığı həyat yoldaşı ilə yenidən bir arada - FOTO
18:51 21.11.2026
Şou
Zelenski: ABŞ Ukrayna və Rusiya ilə yeni danışıqlar planlaşdırır
18:36 21.11.2026
Dünya
Kral III Çarlz Türkiyəyə COP31-ə ev sahibliyinə görə təşəkkür etdi
18:32 21.11.2026
Aktual
Qazaxda kişi dəm qazından boğularaq ölüb
18:21 21.11.2026
Hadisə
Daha bir Vətən müharibəsi qazisi əmək qabiliyyətini bərpa edib
18:03 21.11.2026
Cəmiyyət
Tramp Putinin də G20 sammitində iştirakını gözləyir
17:45 21.11.2026
Dünya
ABŞ Rusiyada doğulan şəxsi deportasiya etmək istəyir
17:43 21.11.2026
Dünya
“Şəfa” “Qəbələ”yə qarşı, “Turan Tovuz”dan qələbə - Yenilənir
17:26 21.11.2026
Futbol
“Turan Tovuz” azlıqda “Şamaxı”ya qalib gəldi
16:42 21.11.2026
Futbol
Küləkli hava şəraiti ilə bağlı SARI XƏBƏRDARLIQ verilib
16:28 21.11.2026
Ekologiya
Polşa NATO-nun 4-cü maddəsini işə salmağı nəzərdən keçirir
16:26 21.11.2026
Dünya