
Politoloq: Zəngəzur 1921-ci ilə qədər daim azərbaycanlılar tərəfindən idarə edilib
Yusif Nəzərli
07:23 25.03.2025
Tarix
763
"Zəngəzurun mülkiyyət məsələsinin heç bir tarixi və hüquqi problemi yoxdur. İstər tarixi, istərsə də hüquqi aspektdən Zəngəzur Azərbaycana məxsusdur".
Bu barədə "Sherg.az"a açıqlamasında Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmdəov deyib.
Ekspert bildirib ki, Zəngəzur tarixi baxımdan müxtəlif dövlətlərin və xanlıqların tərkibində olub:

"Qədim dövrdən 1921-ci ilə qədər Zəngəzur daim azərbaycanlılar tərəfindən idarə edilib. XVIII–XIX əsrlərdə bu ərazi əsasən xanlıqların hakimiyyəti altında olub: Zəngəzur bölgəsi Qarabağ xanlığının tərkibində idi və burada azərbaycanlılar əksər çoxluğu təşkil edirdi. Saylarına görə ikinci kürdlər idi. Zəngəzurun bəzi qərb hissələri (indiki Qafan və Mehri rayonlarının bir hissəsi) Naxçıvan xanlığının təsiri altında olub. Bu ərazi Naxçıvan xanları və Qarabağ xanları arasında zaman-zaman nüfuz dairəsi baxımından dəyişirdi. Zəngəzurun şimal-qərb hissəsi İrəvan xanlığının təsirində olub. Lakin əsasən Qarabağ xanlığının nəzarətində qalan bölgələr zaman-zaman İrəvan xanları ilə mübahisəli olub. 1828-ci il Türkmənçay müqaviləsi ilə Zəngəzur bölgəsi Rusiya İmperiyasının tərkibinə daxil oldu.1905–1920-ci illərdə erməni-müsəlman toqquşmaları zamanı bölgədə azərbaycanlı əhali sıxışdırıldı.1921-ci ildə Zəngəzurun qərb hissəsi Sovet hakimiyyəti tərəfindən Ermənistan SSRİ-yə verildi. Şərqi Zəngəzur isə Azərbaycanın tərkibində qaldı. 1921-ci ildə Sovet rəhbərliyinin qərarı ilə Qərbi Zəngəzur Ermənistan SSR-in tərkibinə daxil edildi. Bu qərar siyasi motivli idi. Çünki Sovet Rusiyası bölgədə ermənilərin dəstəyini təmin etmək, Türkiyə və Azərbaycanın təsirini zəiflətmək istəyirdi. Lakin bu addım Azərbaycanın rəyi nəzərə alınmadan atılıb ki, bu da yerli çoxluğun və milli respublikanın hüquqlarının pozulmasıdır".
Analitik qeyd edib ki, 1920-21-ci illərdə Zəngəzurda azərbaycanlıların hüquqları pozulub:
"AXC- nin beynəlxalq sərhədlərinin tərkibində olan Zəngəzur qeyri- qanuni SSRİ tərəfindən bir respublikanın tərkibindən çıxarılaraq digər respublikaya - Ermənistana verilib. SSRİ milli respublikaları bərabərhüquqlu respublikalar adlandırsa da, faktiki olaraq daxildə sərhədlərin dəyişdirilməsi Federasiya Konstitusiyasının pozulmasıdır. XX əsrin əvvəlləri bütün dünyada milli respublikaların formalaşması vaxtıdır. 1918-1920-ci illərdə 9 min kv.km. olan Ararat Respublikası və ərazisi 114.000 kv km olan Azərbaycan Xalq Cümhuriyyəti vardı. Hazırda SSRİ rəhbərliyinin ərazilərlə bağlı verdiyi qərarlar bütün dünyada sübhə altına salınıb. Çeçenlərin, məshəti türklərinin və digərlərinin köçürülməsi ilə bağlı repatriasiya qərarları qəbul olunub".
Ekspert vurğulayıb ki, son 10 ildə ərazilər məsələsində də yenidən baxılma proseduru başlayıb:
"Krımın 1954-cü ildə Ukrayna SSR-in tərkibinə verilməsi tarixi və siyasi baxımdan mübahisəli qərarlardan biridir. SSR - nin varisi Rusiya Krımın Ukraynaya verilməsini o vaxtki rəhbərliyin cinayəti hesab edir. Zəngəzurla bağlı deyilənlər də tarixi həqiqətdir. Ermənistan tarixi və hüquqi baxımdan əraziləri Azərbaycana qaytarmalıdır. Əgər qaytarmaq istəmirsə, bu, mübahisə predmetidir. Beləliklə, Ermənistan Azərbaycan ilə Naxçıvan MR arasında yolu bağlayaraq qeyri-qanuni addım atır. Ermənistan Zəngəzurun dəhliz formasında açılmasına icazə verməyərək qeyri-qanuni addım atır. Ermənistan Zəngəzuru hərbləşdirir, bölgəyə silahlar yığır. Qeyri-qanuni şəkildə üçüncü dövlətləri Zəngəzura gətirib. Göründüyü kimi Zəngəzurla bağlı məsələ müzakirə predmetidir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zəli hansı xəstəliklərdə istifadə olunur?
06:00 22.05.2026
Sağlamlıq
Axtarışa verilən Serenaydan ilk - Açıqlama
05:25 22.05.2026
Şou
Dünyanın 5 ən təhlükəli boğazı - Onlar bağlansa nə baş verər?
04:14 22.05.2026
Dünya
Ayaqlarınız daim üşüyürsə, bunları yeyin - Canan Karataydan
03:33 22.05.2026
Sağlamlıq
Tan Taşçı saxlanıldı
02:54 22.05.2026
Şou
Əfqanıstanda qızlar üçün nikah yaşı aşağı salınıb
02:22 22.05.2026
Dünya
Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışı başlayıb
00:19 22.05.2026
İnfrastruktur
"Fox News": Amerikalıların 60%-dən çoxu İranla müharibəyə qarşıdır
23:30 21.05.2026
Dünya
Yeni MMA liqası təşkil ediləcək
23:11 21.05.2026
İdman
Əli Əsədov Türkmənistana səfər edib
22:06 21.05.2026
Siyasət
ABŞ Prezidenti: İranın uran ehtiyatını məhv edəcəyik
20:55 21.05.2026
Dünya
Avropa Liqasında mövsümün ən yaxşı futbolçusu müəyyənləşdi
20:31 21.05.2026
Dünya
Rubio: İranla danışıqlarda müəyyən irəliləyiş əldə olunub
20:19 21.05.2026
Region
Leyla Əliyeva Esvatini Kralı III Msvatini ilə görüşüb
20:06 21.05.2026
Gündəm
Ekspert Minidiçin Zelenskini niyə məhkəməyə verdiyini açıqlayıb
19:52 21.05.2026
Dünya